2020-09-13 07:30:11 | SİYASƏT
“Ermənistan işğal olunmuş ərazilərə köçürülmüş insanları muzdlular kimi istifadə edir"

.

“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir: “Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir.

Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququun ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.

Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir”.

H. Hacıyev bildirib ki, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib: “Ermənistanın Baş nazirinin, müdafiə nazirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.

Cəbhədə təxribatların törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”.

Baxış sayı : 123
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00