2020-09-11 09:50:35 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyev: Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır

Ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır

Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 101-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışından götürülüb.

Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin fevral-mart aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinə, Türkiyə və Türkmənistan prezidentlərinin ölkəmizə səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata birgə bəyanatlara dair materiallar toplanıb.

Nəşrə Azərbaycan Prezidentinin ABŞ, Böyük Britaniya və Rusiyanın, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi haqqında informasiyalar daxil edilib.

Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.

Bu cilddə oxucular Azərbaycan Prezidentinin Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzinin, xəstəxanaların, parkların, sənaye müəssisələrinin açılışında söylədiyi nitqlərinin mətnləri, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitqlərinin mətnləri və digər materiallar da yeni nəşrdə yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 101-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Baxış sayı : 81
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00