MƏDƏNİ
A- A A+

Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub

2015-12-16 09:35:55

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq Artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib

 Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin ailə üzvləri, xalq artistləri - Mənsum İbrahimov, Canəli Əkbərov, millət vəkili Aqil Abbas iştirak ediblər.

Konsert Qədir Rüstəmovun ifa etdiyi "Sona bülbüllər" mahnısı ilə başlayıb. Tədbirin aparıcısı, yazıçı-publisist Mustafa Çəmənli Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb: "Qədir Rüstəmovun ailəsində gözəl səsi olanlar çox olub. Mərhum özünəməxsus adam idi. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən adam idi. Onun bənzərsiz ifasını Xan Şuşinski bəyənib, qiymət verib, səsini Cabbar Qaryağdıoğlunun səsinə bənzədib".

Daha sonra konsert proqramı Xalq Artisti Nəzakət Teymurova, gənc xanəndələr - Eldəniz Məmmədov, Mustafa Mustafayev və Kamilə Nəbiyevanın çıxışları ilə davam edib.

Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.  Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 966

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...