SİYASƏT
A- A A+

NATO-Azərbaycan əməkdaşlığı genişlənir

2015-12-16 09:25:18

Rumıniya səfirliyinin NATO-nun Azərbaycanda dördüncü dəfə rezident əlaqələndiricisi mandatının birinci ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Fact-info.az saytı APA-ya istinadən xəbər verir ki, tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərin hərbi attaşeləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir “Günəşli” platformasındakı faciə nəticəsində həyatını itirən şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristianu Ciobanu Rumıniyanın, Azərbaycanın avroatlantik institutlarla əməkdaşlığını fəal şəkildə dəstəklədiyini bildirib.

Səfir qeyd edib ki, Rumıniyanın diplomatik missiyası NATO-nun rezident əlaqələndiricisi kimi fəaliyyətinə 2009-cu ildə başlayıb və hazırda da 4-cü mandatını uğurla davam etdirir.

Diplomat diqqətə çatdırıb ki,  2015-ci il ərzində Bakı, Naxçıvan, Şamaxı, Şəmkir, Mingəçevir, Quba, Bərdə, Quba, Şəki  şəhərlərində Azərbaycan gəncləri arasında avroatlantik dəyərlərin tanınması üçün müxtəlif seminarlar, dəyirmi masalar, konfranslar təşkil edilib.

“2016-cı il ərzində Rumıniyanın diplomatik missiyası NATO siyasəti və NATO-Azərbaycan əməkdaşlığını daha geniş işıqlandıran ictimai tədbirlər təşkil etməkdə davam edəcək. NATO və Azərbaycan arasında əlaqələr strateji dəyərə malikdir və bu əməkdaşlığın yaxın gələcəkdə daha da güclənəcəyinə əminik”, deyə səfir vurğulayıb.

Daha sonra çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyan Lahyu Azərbaycanla NATO arasında mövcud əməkdaşlığın davam etdiyini və gələcəkdə daha da güclənəcəyini qeyd edib: “Azərbaycanla tərəfdaşlığımız güclüdür. NATO bütün formatlara və tərəfdaşlıqlarına sadiq qalmağa davam edəcək”.  


Kateqoriya : SİYASƏT Baxış sayı : 1101

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...