2020-09-05 11:20:06 | MÜSAHİBƏ
Prezident İlham Əliyevin Türkiyəyə verdiyi dəstək türk dünyasında güc birliyi üçün örnək təşkil edəcək - Türkiyəli professor

.

Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən açıq şəkildə mövqeyini ortaya qoyması və Türkiyəyə verdiyi dəstək türk dünyasında güc birliyi üçün örnək təşkil edəcək.

Bu barədə Trend-ə Brüssel Avropa Tədqiqat İnstitutunun Mədəni diplomatiya kafedrasının rəhbəri, professor Naciye Selin Şenocak bildirib.

Şenocak qeyd edib ki, Prezident İlham Əliyev bu açıqlaması ilə Türkiyə və Azərbaycanın ayrılmaz qardaş olduğunu dünya ictimaiyyətinə bir daha sübut etmiş oldu: "Prezident İlham Əliyevin bu nümunəvi və təqdirəlayiq davranışı, türk dünyasının güclənməsi üçün bir qığılcım yaradacaqdır".

Politoloq onu da qeyd edib ki, türkdilli ölkələr Azərbaycan və Türkiyə kimi hər mövzuda ortaq hərəkət etsələr, dünyada çox önəmli regional gücə çevrilə bilərlər. “Türk dünyası (Türk Şurası) sözdə deyil, əməldə, daha doğrusu diplomatik, iqtisadi güc halına gəlsə, Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq hüquq çərçivəsində ciddi söz sahibi ola biləcək gücə çevrilə bilər” - deyə, o bildirib.

Ekspert hesab edir ki, milli mənafelərimizi və təhlükəsizliyimizi təhdid edən hər bir ünsürə qarşı birgə fəaliyyət göstərdiyimiz müddətcə daha çox təzyiq gücünə sahib olacağıq, haqsızlıqlara və qanunsuzluqlara qarşı səsimizi birlikdə ucalda biləcəyik və bunu etməliyik.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib. Trend-in məlumatına görə, Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!”, “Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik”, “Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi”, “Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.

Baxış sayı : 979
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00