CƏMİYYƏT
A- A A+

"Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti”

2015-12-14 09:25:38

Miniatür Kitab Muzeyində Rəşid Behbudova həsr olunmuş "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" kitabının təqdimat mərasimi keçirilib

Xalq yazıçısı Elçinin müəllifi olduğu yeni nəşrin təqdimatında müəllif, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, ziyalılar iştirak edib. 

Tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova rəhbərlik etdiyi muzeyin uğurlarından və təqdim olunan kitabın məziyyətlərindən söz açıb.  

E. Əfəndiyev bildirib ki, kitab Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının Sərəncamına uyğun olaraq çap olunub: “Bu kitabın təqdimat mərasimi məhz Miniatür Kitab Muzeyində keçirilməli idi. Çünki bu muzey unikal və bənzərsiz bir məkandır. Kitabda Rəşid Behbudov haqqında xatirələr, onunla söhbətlər, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələr, fikirlər yer alıb. Nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, Rəşid Behbudovun sənəti də yaşayacaq”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabın çapını yüksək qiymətləndirib. Qeyd olunub ki, Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzalanan müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi günlərdə belə bir kitabın işıq üzü görməsi təqdirəlayiq haldır.  Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan kitab 136 səhifədən ibarətdir.

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1001

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...