SOSİAL
A- A A+

Qarabağ mövzusunda qısametrajlı film hazırlanır

2015-12-14 09:20:21

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ mövzusunda “The Blood of Karabakh” layihəsi çərçivəsində qısametrajlı film hazırlanır.

 “The Blood of Karabakh” adlı sənədli filmin hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, beynəlxalq aləmdə Qarabağda baş verən tarixi hadisələrə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı tarixin yaddaşlardan silinməməsi üçün film şəklində yaddaşda saxlanılmasına xidmət göstərməkdən ibarətdir.

Layihə rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə, layihə Qarabağda olan tarixi döyüşləri və azərbaycanlılara qarşı soyqırımları, erməni təcavüzünü əks etdirən xarici auditoriyalara hesablanmış ingilis dilində qısametrajlı film hazırlanmasından ibarətdir. Tarixi faktlara əsaslanaraq, hazırlanması nəzərdə tutulan film məhz ingilis dilində olmasının əsas məqsədi Qarabağın qanlı tarixini, problemini dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraq. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq azərbaycanlı gənclərin daha da fəal iştirakını təmin etmək üçün onların vasitəsilə yaşadıqları, oxuduqları ölkələrdə bu filmin təbliğ edilməsi üçün daim birgə fəaliyyətə cəlb etməkdən ibarətdir.

Hal-hazırda filmin çəkilişləri başa çatıb və montaj işləri tamamlanmaq üzrədir. Qeyd edək ki, “The Blood of Karabakh” filminin çəkilişləri zamanı Qarabağ müharibəsi iştirakçılarından, Qarabağ qazilərdən və tarixçilərdən müsahibə götürülmüşdür. Filmin ssenari müəllifi Rey Kərimoğluya, rejissoru Nicat Cəlilov, Montajı Kənan İbrahimov, mətnlərin səsləndirilməsi  Elxan Rzaya aiddir.

 Bütün texniki işlər tamamlandıqdan sonra yaxın zamanlarda film geniş ictimaiyyətə təqdim ediləcək. (qhtxeber.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 1479

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...