2020-08-14 09:40:13 | MƏDƏNİYYƏT
Vikipediyada Xan Şuşinski haqqında əcnəbi dildə bölmə yaradılıb

.

Bu ilin fevral ayından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin başlatdığı layihə əsasında Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçirilir, nəşrlər, araşdırmalar, məqalələr hazırlanır, virtual məkanda isə özbək dilində bölmələr, məlumat mənbələri istifadəyə verilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinski haqqında Özbək dilində geniş bölmə Vikipedia Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıtmışdır. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan sənətçi ustad, pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynamışdır.

Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, onun yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycanda “Xan Şuşinski Fondu”nun yaradıldığı qeyd olunur.

Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbari", "Heyrati" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa əsərlər ilə Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır. Özbək dilində istifadəyə verilmiş “Xon Shushinskiy” adlı bölmə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

Baxış sayı : 1593
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21