2020-08-13 08:05:34 | QHT VƏ MEDİA
Şuranın dəstəyilə mədəni sərvətlərimizin və dəyərlərimizin tanıdılması davam edir

.

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respulikasının Prezidenti yanında QH-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi “Milli azlıqlar arasında mədəni sərvətlərimizin və dəyərlərimizin tanıdılmasına dəstək” layihəsi çərçivəsində video konfrans formatında 3-cü tədbirini keçirib.

“Vətənpərvərlik-milli mənəvi dəyərlərin əsasıdır” mövzusunda aparılan müzakirəyə Zaqatala, Qax və Balakəndə yaşayan millətlərin nümayəndələri və yeniyetmələri olmaqla 30-a yaxın iştirakçı qoşulub.

Video konfransı layihə rəhbəri Elmira Mehdiyeva açaraq layihənin məram və məqsədi haqda məlumat verib, ildirib ki, Milli Qəhrəman Natiq Nəmmədovun oxuduğu Dağlı kənd məktəbinin yuxarı sinif şagirdlərinin konfransa qoşulması konfransın işini daha da çanlandırıb. Natiq Məmmədov saxur millətinin nümayəndəsi kimi özünün vətənpərvərliyini, torpağa sədaqətini, azərbaycançılığını sübut etmiş, müqəddəs amallar uğrunda canından keçmişdir. Onun keçdiyi həyat yolu bir daha sübut edir ki, bu yerlərin sakinləri olan azsaylı xalqların da bir vətəni var, o da Azərbaycandır.

Ekspertlər İbrahim İbrahimov və Mohubalı Nağıyev mövzu ətrafında geniş məlumat verib və qeyd ediblər ki, qloballaşan dünyamızda elmi biliklərə dərindən yiyələnməklə yanaşı, milli mənəvi dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasının əhəmiyyəti böyükdür. Torpalarının 20 faizindən çoxu işğal altında olan bir ölkədə vətənpərvərlik məsələsi hər zaman diqqət mərkəzində saxlanmalıdır. Vətənpərvərlik, vətəndaşlıq duyğusu xalqın, vətənin taleyinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında müdrik sözlər demişdir: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Dağlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Təranə Cumayeva bildirib ki, biz Natiq və digər qəhrəmanlarımızla hər zaman fəxr etmişik. Vətənpərvərlik dərslərini hər zaman onların timsalında keçirik. Məktəbimizin şagirdləri bu ruhda böyüyür, hər zaman vətən, millət üçün lazım olan hər bir işi görməyə hazırdırlar.

Şıxəli Qurbanov adına Zaqatala şəhər 3 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Kəmalə Məmmədovanın çıxışı da maraqla qarşılanıb. Məlum olub ki, milli qəhrəmanımız elə Kəmalə müəllimənin ailə üzvüdür və onun oğluna da Natiqin adı qoyulub. O qeyd edib ki, Natiq yalnız bir evin, bir kəndin oğlu deyil, o bütöv Azərbaycanın oğludur. Çünki, Natiq müstəqilliyimizin, dövlətçiliyimizin müdafiəsi zamanı həlak olub.

Belə canlı misallarla davam edən konfransda digər iştirakçılar da həvəslə öz fikirlərini söylədilər. Qeyd ediblər ki, pandemiya dövründə, canlı ünsiyyətin məsləhət bilinmədiyi bir vaxtda belə bir tədbirdə iştirak etmək hər kəsin ürəyincədir. Layihənin məram və məqsədini təqdir edən iştirakçılar mövzunun da aktullağını xüsusi vurğulayıblar.

Baxış sayı : 1214
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21