2020-08-12 08:35:12 | İQTİSADİYYAT
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində mühüm hadisə

Dünən ölkəmizin enerji tarixində mühüm hadisə yaşandı. Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri isə yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Ekspertlər bu mühüm hadisənin - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılması ehtimal edilən yatağın istismara başlamasının Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da artıracağını proqnozlaşdırırlar.

Bəs neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən “Qarabağ” yatağı üçün dayaq blokunun tikintisinin yerli mütəxəssislər tərəfindən aparılması Azərbaycanın enerji ölkəsi olaraq mövcud imkanlarını daha da genişləndirə bilərmi? Ümumiyyətlə, 90-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdış iqtisadiyyatımıza nələri vəd edir?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov azvision.az-a deyib ki, dünənki mərasim çox əlamətdar hadisə olmaqla yanaşı, sözügedən qurğunun Azərbaycanın mütəxəssisləri tərəfindən hazırlanması da mühüm amildir:

“Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Bu hadisə ondan xəbər verir ki, Azərbaycan enerji ölkəsi olaraq öz mövqeyini möhkəmləndirir. Eyni zamanda, bu, ölkəmizin enerji sektoruna xarici şirkətlərin marağının yüksək olduğunu bir daha göstərir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu da sözügedən qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmasıdır. Bu isə təbii ki, Azərbaycanın digər sahələrdə olduğu kimi enerji sahəsində də investisiya həyata keçirən ölkələrdən birinə çevrilməsi anlamına gəlir. Qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanması həm də o anlama gəlir ki, enerji resurslarımızdan istifadədə xarici şirkətlərlə əməkdaşlıq etməklə yanaşı, həmçinin öz imkanlarımızdan da yararlanacağıq”.

Hər zaman Azərbaycanın, Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə reallaşan layihələrin yalnız region üçün deyil, Avropa və bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunduğunu deyən millət vəkili TAP-ı buna nümunə göstərib: “Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan mühüm layihədir. Cənub Qaz Dəhlizinin sonuncu elementi olan TAP kəməri artıq reallaşmaq və inşası başa çatmaq üzrədir. Ümumiyyətlə, Cənubi Qaz Dəhlizi Azərbaycanın mavi qazının Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edir.

Artıq Türkiyə bazarına mavi qazın nəqli həyata keçirilib. Avropa bazarına isə, yəni Cənubi, Mərkəzi və Şərqi Avropaya Azərbaycan mavi qazının nəqli 2020-ci ilin sonu, yaxud da 2021-ci ildə həyata keçiriləcək. Əslində bu da imkan verəcək ki, Azərbaycan əlavə olaraq Türkiyə bazarına 7 milyard kubmetr, eyni zamanda, birinci mərhələdə Avropa bazarına 10 milyard, ikinci mərhələdə illik 20 milyard kubmetr mavi qaz nəql etsin. Bu isə Azərbaycanın sözügedən layihədən mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə etməsinə imkan yaradır”.

Vüqar Bayramov bildirib ki, hazırda aktiv şəkildə enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət gəlirlərimizin artması və eləcə də enerji gəlirlərimizin diversifikasiyası imkanlarını genişləndirir: “Eyni zamanda, sosial və məşğulluq baxımından da vacibdir. Bu baxımdan “Qarabağ”a qayıdış bir daha təsdiq edir ki, Azərbaycan enerji ölkəsi olaraq mövcud imkanlarını genişləndirmək və hətta 90-cı illərdə artıq kəşfiyyatı yarımçıq saxlanılmış yataqlarda belə kəşfiyyat işlərini davam etdirmək, böyük həcmdə enerji resurslarını hasil etmək imkanına malikdir. Bu da təbii ki, ölkənin artan qüdrətinin və iqtisadi gücünün bir daha nümayiş etdirilməsi anlamına gəlir”.

Baxış sayı : 2432
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21