2020-08-12 06:05:12 | SİYASƏT
Ceyhun Bayramov: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir

.

Keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri hərtərəfli müzakirə edildi.

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri olaraq ilk səfərini Türkiyəyə etməkdən məmnunluğunu ifadə edərək deyib: “Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu əlaqələrin inkişafında Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri xüsusi önəm kəsb edir”.

Nazir görüşdə, həmçinin regional inkişafa, sülhə, tərəqqiyə xidmət edən çoxsaylı layihələrlə bağlı müzakirələrin aparıldığını söyləyib. Bu layihələrin icrasının ölkələrimizin regional gücünü artırdığını, beynəlxalq mövqelərini möhkəmləndirdiyini bildirib.

Ceyhun Bayramov müzakirələrdə ölkələrimizin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın Xarici İşlər naziri deyib: “Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib və dəstəkləyir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki son təxribatı zamanı biz bir daha bu dəstəyin şahidi olduq. Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində bu münaqişənin həlli yolları aydın şəkildə ifadə edilib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qətidir və dəyişməzdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Baxış sayı : 1132
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21