2020-08-09 14:30:01 | SİYASƏT
Vaşinqtonda Xəzər regionunda kritik infrastruktura təhdidlər məsələsi müzakirə olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə “Xəzər regionunda kritik regional infrastruktura təhdidlər” mövzusunda virtual formatda təqdimat və müzakirələr keçirilib.

ABŞ Dövlət Departamentinin, Enerji Departamentinin və Konqresin peşəkar heyətinin, Vaşinqtonda fəaliyyət göstərən səfirliklərin, Birləşmiş Ştatların və ölkəmizin, eləcə də Türkiyə və İsrailin tanınmış beyin mərkəzlərinin nümayəndələrinin, enerji və təhlükəsizlik üzrə ekspertlərin iştirak etdikləri tədbirə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov da qatılıblar.

Tədbirin məqsədi iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatının regionun kritik enerji və nəqliyyat infrastrukturuna yaxınlığı xüsusunda yaratdığı təhdidlər və Ermənistanın təcavüzünün regional bağlantılara yaratdığı təhlükələr məsələsində məlumatlılığın artırılması olub.

Səfir Elin Süleymanov iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan bəhs edərək, Ermənistanın beynəlxalq hüququn prinsiplərini, o cümlədən, beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu bildirib. Səfir son təxribatın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda və qoşunların təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilməsinə diqqət çəkərək, bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur xətlərinin keçməsi barədə məlumat verib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Ermənistanın hərbi təcavüzünün Azərbaycan qazının Avropaya nəqlinin başlanmasından 3 ay sonra törədilməsinin təsadüfi olmadığını qeyd edib. Əlavə edib ki, Azərbaycan və Xəzərin enerji resurslarını Qərb ölkələrinə, dünya bazarına bağlayan bütün infrastruktur qovşaqlarının hamısı – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi avtomobil yolu təqribən 45 mil (72 kilometr) enində “Gəncə Dəhlizi” çərçivəsində hazırkı hərbi əməliyyatların çox yaxınlığından keçir. Bu faktları və həmin bölgənin Azərbaycan üçün həssaslığını nəzərə alaraq, iyul təcavüzünün kimin tərəfindən başlanması heç kimdə şübhə doğurmamalıdır.

Tədbir çərçivəsində səfirliyin müşaviri Orxan Zeynalov iyul ayında Tovuz rayonu istiqamətində baş verən eskalasiyanın kritik infrastruktur qovşaqlarına və təsisatlarına təhdidləri və bunun Ermənistan tərəfindən əvvəlcədən düşünülmüş təcavüz olması barədə geniş təqdimatla çıxış edib.

Tədbir müzakirə və sual-cavab sessiyası ilə davam etdirilib. Səfir Elin Süleymanov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov iştirakçıların suallarını cavablandıraraq, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticələrinin iqtisadi və geosiyasi xüsusda Azərbaycana və geniş regiona yaratdığı təhdidlər barədə danışıblar.

Qeyd edək ki, tədbirə böyük maraq Vaşinqtonun hüdudlarından kənara çıxıb. Belə ki, tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə baş diplomatı Erdem Tunçər, ölkəmizdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova da iştirak ediblər.

Tədbirə böyük marağı nəzərə alaraq mövzu üzrə dialoqun davam etdirilməsi planlaşdırılır.

Baxış sayı : 1061
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16