2020-08-08 13:30:50 | AKTUAL
QHT sədri: Prezident İlham Əliyevin tapşırığı ilə sosial proqramlar genişlənir

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadənin fikrincə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi:

"Bununla bağlı məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbirin və bu fəaliyyətlərin həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrıldı. İqtisadi fəallığın azalması ilk növbədə əmək müqaviləsi ilə çalışan vətəndaşların işlərini itirməsi ilə bağlı ciddi suallar yaradırdı. Məlumdur ki, hər hansı müəssisənin fəaliyyəti və gücü zəifləyəcəyi anda, ilk addımlardan biri işçilərin ixtisarı olacaqdı.

Cənab Prezidentin tapşırığı ilə dövlət müəssisələrində bütün iş yerləri qorundu. Eyni zamanda ölkə başçısı özəl müəssisə rəhbərlərinə çağırış etdi ki, pandemiya şəraitində əməkdaşalrınızı işdən azad etməyin. Dövlət rəhbərinin tapşırığı ilə özəl sektorda çalışan şəxslərin əmək haqqının bir hissəsi məhz dövlət vəsaiti hesabına ödənildi. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması həyata keçirildi.

Xüsusən pandemiya şəraitində nəinki əmək müqaviləsi ilə işləyən şəxslərin sayı azaldı, əksinə qeyri formal əmək bazarında işləyən təqribən 110 min şəxs əmək müqaviləsi bağlayaraq, rəsmi əmək münasibətlərinin iştirakçısına çevrildilər".

600 min insan üçün xüsusi sosial dəstək proqramı

Müvafiq dövlət qurumlarının uzun müddətdir ki, qeyri formal əmək bazarının qanuni formaya keçirilməsi üçün səylər göstərdiyini bildirən sədr qeyd edir ki, bütün səylərə baxmayaraq hələ də əmək müqaviləsi olmadan xeyli vətəndaş müxtəlif sahələrdə çalışır: "Belə şəraitdə dövlət həmin şəxslərin işlərini itirmə ehtimalını və sərtləşdirilmiş karantin şərtlərini nəzərə alaraq bu şəxslərə birdəfəlik ödənişlərin edilməsi qərarını verdi. Eyni zamanda bu ödənişlər işsiz kimi qeydiyyatda olan şəxslərə də şamil olundu. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəldi ki, o insanlar işsizdirlər və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Bu proqramda məqsəd də ondan ibarət idi ki, ilk növbədə, məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməyini etsin. İlkin mərhələdə "Məşğulluq" altsistemində işsiz və iş axtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi cənab prezident İlham Əliyevin göstərişi ilə 3 dəfə genişləndi. Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilsin.

Ağır pandemiya şəraitində heç bir vətəndaşla canlı bağlantı olmadan və hər hansı sənədlər tələb olunmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər dövlət qurumları ilə əməkdaşlıqda bu prosesi qısa müddətdə həyata keçirdi. Bu proqramın həyata keçirilməsi çox müsbət addım idi, çünki həmin şəxslərin hər hansı gəlir mənbəyi yox idi və yaxud gəlirlərini itirmişdilər. Proqramın icrasına ilkin mərhələdə 229 milyon manat sərf edildi. Karantin qaydalarının məcburi yumuşalmaların aparılması və bu prosesin fonunda yoluxma hallarının artırılması bəzi ərazilərdə qaydaların yenidən sərtləşməsinə səbəb oldu. Bu səbəbdən növbəti mərhələdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı növbəti dəfə həyata keçirildi. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunmuşdur".

Prezidentin tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı

Cəsarət Hüseynzadə qeyd edir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən atılan növbəti addım məşğulluq imkanlarının artırılması idi:

"Prezidentin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı. Ölkə başçısı dəfələrlə bu məsələyə də öz münasibətini bildirib ki, bu iş yerlərinin yaradılması sırf vətəndaşlara dəstək məqsədi daşıyır. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə xeyli insan bu işlərə cəlb edilib. Hazırda 65 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır. Bu rəqəmlər də kifayət qədər ciddi rəqəmlərdir və vətəndaşların sosial müdafiəsinə birbaşa istiqamətlənmiş addımlardır".

Prezidentdən tapşırıq: Heç bir sosial layihə təxirə salınmasın!

"Azərbaycan pandemiya şəraitində əvvəlcədən planlaşdırılan heç bir sosial layihənin icrasını təxirə salmadı. Bununla bağlı prezident İlham Əliyev dəfələrlə müvafiq dövlət qurumlarına ciddi tapşırıqlar verdi ki, heç bir sosial layihə təxirə salınmasın.

Bu il rekorda sayda 1500 fərdi ev və mənzilin, 400 avtomobilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırlır. Bu istiqamətdə intensiv iş gedir. Xeyli sayda fərdi ev və mənzillər hazırdır və mütəmadi olaraq karantin qaydalarına riayət etməklə fərdi ev və mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilir.

Dayanıqlı sosial-maliyyə siyasəti nəticəsində pandemiya şəraitində heç bir sosial ödənişin icrasında gecikmə olmadı. Rəsmi məlumatlarda qeyd olunduğu kimi, ötən aylar ərzində 3 milyard manat ödənişlər həyata keçirilib ki, bu da ötən ilki müvafiq dövrdəki rəqəmlərdən 860 milyon manat artıqdır. Bu ödənişlər vaxtlı vaxtında vətəndaşlara ödənildi. Dövlət tərəfindən atılan tədbirlər sahəsində hətta ödəniş kartlarının vaxtı bitən şəxslərin, kartalırnın vaxtı da uzadıldı ki, həmin şəxslərin sağlamlığı üçün təhlükə yaranmasın.

Dövlət tərəfindən atılan başqa bir addım kimi pandemiya ilə bağlı sosial yardım alan ailələrin sayının artılrmasını qeyd edə bilərik. 70 min ailə sosial yardim alırdı, hazır ki dövrdə bu rəqəm 85 min ailəyə çatdırılıb və təqribən hər ailəyə 225 manat yardım olunur. Bu proqram təqribən 350 min nəfər şəxsi əhatə edir. Bu dəstək proqramın icrasında da ciddi dəyişiklər edilib. Belə ki, proqramın əhatə dairəsinin genişlənməsilə yanaşı, sərt karantin şəraitində yardım almaq vaxtı bitən ailələrin yardımları dayandırılmamış, tələb olunan sənədlərin siyahısı minimuma endirilmişdir".

İqtisadi fəallığa dəstək və sosial məsuliyyət

Azərbaycan dövləti və müvafiq qurumlar tərəfindən vətəndaşların aktiv iqtisadi fəaliyyətə cəlb olunması hər zaman prioritet olduğunu bildirən sədr vurğulayır ki, bu proqramlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramıdır: "Bu proqram uğurlu nəticələri və perspektivi ilə diqqəti çəkir. Bu səbəbdən beynəlxalq qurumlar da bu dəstək alətinə maraq göstərir və prosesə tövhə vermək arzularını bildirirlər. Proqram çərçivəsində cari il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır. Pandemiya ilə bağlı təlimlərin keçirilməsində yaran problemləri nəzərə alan hökumət bununla bağlı müvafiq addımlar atdı. Hazırda proqram iştirakçıları təlim keçmədən biznes planla müvafiq dəstək aktivlərini alacaqlar. Qeyd olunan proqramda hazırda 4 min vətəndaş iştirak edir.

Pandemiya şəraitində dövlət tərəfindən aparılan siyasət müxtəlif sahələri əhatə etmişdir. İmkansız ailələrə yardımların edilməsi xüsusi diqqətdə saxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sosial tərəfdaşları ilə Bakı, həm də respublikamızın bölgələri üzrə olmaqla 100 minədək ailənin ərzaq yardımı ilə təmin edib. Eyni zamanda nazirlik 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində sosial xidmətin göstərilməsin həyata keçirib." Sosial proqramlar genişlənir "Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı ötmüşdür. İşsizlikdən sığorta kontingentinin 20 minə çatdırılması nəzərdə tutulur.

Yuxarıda qeyd olunan müxtəlif proqram ötən il il müqayisədə genişlənmidir. Qeyd etmək lazımdır ki, bu sahədə işlər davam edir. Əlavə sosial dəstək alətlərinin tətbiqi və eyni zamanda əvvəl istifadə olunan dəstək proqramlının yenidən tətbiq edilməsi ilə bağlı müvafiq işlərin aparılması müşahidə edilir."

Cəsarət Hüseynzadə qeyd edir ki, ümumilikdə koronavirus pandemiyası ilə mübarizə sahəsində vəziyyət birbaşa ölkə başçısının diqqət mərkəzindədir və bununla bağlı mütəmadi olaraq müvafiq addımlar atılır: "Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Ölkə başçısının tapşırığı ilə sosial-iqtisadi sahədə də yeni addımların atılacağı gözlənilir."

Baxış sayı : 1067
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16