2020-08-08 13:00:59 | QHT VƏ MEDİA
Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

.

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin videoformatda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə dair keçirilən müşavirədə bir çox məqamlara toxunub və ən vacib məsələlərdən biri də ondan ibarət olub ki, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qorunması istiqamətində dövlətimiz mühüm tədbirlər həyata keçirib. Beləki, Azərbaycanda təxminən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, eyni zamanda cənab Prezident bildirib ki, dövlət sektorunda çalışan 9 yüz min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, lakin buna baxmayaraq dövlət tərəfində məvaciblər ödənilir. 760 min insana lazımı maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Əks təqdirdə 760 min insanın işsizlik təhlükəsi olduğunu bildirən cənab Prezident həmçinin nəzərə çatdırıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının sağlamlığını əsas götürərək həm onların sosial iqtisadi şəraitinin yaxşılaşdırılması, eyni zamanda qorunması və eləcə də insanların ilk növbədə sağlam qalması və xəstələnməməsi üçün zəruri bütün tədbirlər görüb". Bunu SİA-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, dövlət Başçımız qeyd edib ki, həmin insanların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır: "Sahibkarlar və işə götürənlər hazırda gəlir götürmürlər ki, belə olan halda 100 minlərlə vətəndaş işsiz qala bilərdi. Yenə də dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində dərhal bu məsələlərə müdaxilə edilib və əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Cənab Prezident 600 min insana avqust ayında da 190 manat yardımın ödənilməsi barədə göstəriş verib. Prezident İlham Əliyev qeyd edib ki, onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Azərbaycanın 13 rayon və şəhərində sərt karantin rejimi tətbiq edildiyini bildirən cənab Prezident bildirib ki, həmin rayonların da bu koteqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır ki, bununla bağlı da müvafiq göstərişlər verilib".

R.Qonaqov vurğulayıb ki, ölkəmizdə pandemiyanın ilk vaxtlarından etibarən koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir: "Belə ki, son həftələr ərzində həyata keçirilən sərt karantin tədbirləri nəticəsində artıq virusa yoluxanların sayı azalmaqdadır. Əgər xəstəliyin azalma tempi davam edərsə və insanlarımız xəstəliklə mübarizədə bütün qoruyucu vasitələrdən istifadə edərsə, təbii ki, bu hal pandemiyanın ölkəmizdə sıfıra enməsinə gətirib çıxara bilər. Bu çox sevindirici haldır və bununla əlaqədar ölkə Prezidentinin atdığı addımlar, verdiyi tapşırıqlar icra olunur. Ona görə də, düşünürəm ki, avqust ayında karantin rejimində yumşalmalar müşahidə edəcəyik. Biz həm əhalinin sosial-iqtisadi vəziyyətinin qorunması, həm pandemiyanın aradan qaldırılması və həm də insanlarımızın sağlamlığının qorunması istiqamətində görülən tədbirlərin bəhrəsini görürük".

Baxış sayı : 1024
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16