2020-08-07 19:20:24 | AKTUAL
Sosial şəbəkələrin monitorinqi ilə məşğul olan varmı? - Elxan Şahinoğlunun şərhi

.

Kimsə yanlış olaraq, yoxlanılmamış status yazır, həmin diqqəti çəkən status paylaşılır, geniş müzakirə edilməklə bütün informasiya məkanımıza yayılır və anında qəzəb mənbəyinə çevrilir. Bu, sosial şəbəkələrin xarakterindən irəli gəlir.

Mərhum general Polad Həşimovun Qəbələdə digər mərhum general Həzi Aslanovun adına verilən küçəylə dəyişdirilməsi bu qəbilədən olan xəbərdir. Halbuki xəbər təsdiqini tapmadı. Belə hallar dəfələrlə olub. İndi təsəvvür edin, İrəvanda yerləşən və Azərbaycan dilində dezinformasiya hazırlayan və ötürən aparat (belə bir mərkəzin olduğuna şübhə etmirəm - E.Ş.) oxşar "xəbəri" bizim sosial şəbəkələrə ötürür və biz xəbərin mahiyyətinə varmadan həmin dezinformasiya ətrafında müzakirələrə başlayırıq. Bu o deməkdir ki, informasiya savaşında işğalçı ölkə irəli çıxır.

Dezinformasiyaların və yoxlanılmamış məlumatların və statusların qarşısını almaq praktik baxımdan mümkün deyil. 10 milyon nəfəriyik, hətta 99 faizimiz inanmadığımız xəbəri yaymasaq və onun müzakirələrinə qoşulmasaq belə, 1 faiz həmin xəbəri yaysa, informasiya məkanımızda dəlik əmələ gələcək. Bunun qarşısını almağın yolu hakimiyyət strukturlarında çalışanların məsələyə anında müdaxilə etmələri, ajiotaj və cəmiyyətdə dərin fikir ixtilafı yaradan xəbərlərə, statuslara anında münasibət bildirməkdir. Təəssüf ki, reaksiyalar gecikir.

Sosial şəbəkədə Polad Həşimov adına küçənin ətrafında dünəndən qızğın müzakirələr gedir, küçədən Həzi Aslanovun adının "götürülməsi" pislənilir. Halbuki anında xəbər dəqiqləşdirilsəydi, dezinformasiya geniş yayılmazdı. Yalnız bu gün bilindi ki, xəbər dəqiq deyil (ancaq məsələ hələ tam aydınlaşmayıb - E.Ş.). Prezident Administrasiyasında sosial şəbəkələri monitorinq edən qrup yoxdurmu? Varsa adı çəkilən yanlış məlumatın təxminən bir gün cəmiyyətimizi narahat etməsinin qarşısı niyə alınmadı? Və ya Livanın paytaxtı Beyrutda xeyli insan ölümünə yol açan dəhşətli partlayış baş verib. Azərbaycan prezidenti digər həmkarları kimi livanlı həmkarına başsağlığı verib və Livana 1 milyon dollar yardım ayırıb. Dünəndən sosial şəbəkədə bunun da qızğın müzakirəsi gedir. Prezidentin bu qərarının arxasında hansı taktiki gedişin olduğunu anlayanlar var, ancaq sosial şəbəkədəki mütləq çoxluq "erməni soyqırımı"nı tanıyan, ASALA terroçularının başlanğıc məntəqəsi olan bir ölkəyə yardım edilməsini sərt tənqid edir. Belə olan halda Prezident Administrasiyasından kimsə açıqlama yaymalı və yardımın səbəblərini cəmiyyətə anlatmalıdır.

Prezidentin köməkçiləri və çoxsaylı müşavirləri yalnız virusla mübarizə aparan Operativ Qərargahın toplantılarında iştirak etməməlidirlər. Cəmiyyətdə və sosial şəbəkələrdə daxili və xarici siyasətə dair müxtəlif suallar səslənir ki, onlar cavabsız qalır. Həmin suallar cavabsız qaldıqca da şayiələr artır və düşmən həmin xəbərlərdən öz məqsədləri üçün istifadə etməyə başlayır. Bu isə Ermənistanla informasiya müharibəsində bizi geri salır. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın köməkçisi İbrahim Kalın az qala gündə mətbuat konfransı keçirir və ya yazılı açıqlamalar yayımlayır. Məqsəd cəmiyyəti narahat edən bir sualı belə cavabsız qoymamaqdır. Ən doğrusu da budur!

P.S. Yasamalda kimlərsə böyük zonanı hasara alır və orada qanunsuz tikintiyə başlamaq istəyirlər. Prezident bunu görür və qarşısını alır, qanunsuzluq edənləri cəzalandırmağı tapşırır. Demək, Prezident həmin ərazini görməsəydi və ya bu haqda məlumatsız olsaydı, ərazi işğal olunacaq və qanunsuz obyektlər tikiləcəkdi. Sual olunur: həmin böyük ərazidə qanunsuz hasarlar salınarkən Yasamal rayon və Bakı şəhər icra hakimiyyətləri hara baxırdılar, niyə qarşısını almırdılar? Bəlkə onlar ərazini zəbt edib obyekt tikmək istəyənlərin qarşısında o qədər aciz olublar ki, prezidentə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Bunun da izahını tapa bilmirəm.

Baxış sayı : 960
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16