MÜSAHİBƏ
A- A A+

Firudin Həsənov: “Bu işlər daha peşəkar səviyyədə koordinasiya edilməlidir”

2015-12-11 09:10:35

Fact-info.az saytının suallarını professor Firudin Həsənov cavablandırır

-2015-ci il başa çatır. Bu ili necə dəyərləndirirsiniz?

-Şübhəsiz  dünyada mövcud olan böhran bütün ölkələrin həyatında hiss olunmaqdadır. Belə  şəraitdə  iqtisadiyyatda  müəyyən stabilliyinin  qorunub saxlanması çətin işdi.  Çünki  qapalı şəraitdə, inteqrasiyadan kənar inkişaf etmək  çətin məsələdir. Lakin belə məqamda Azərbaycan qeyri neft sektorunun inkişafına  çalışdı. Müxtəlif  layihələr həyata keçirildi.

-Azərbaycan üzərindən  yükdaşımaların artmasını,  ümumilikdə tranzit layihələrin perspektivini necə dəyərləndirirsiniz?

-Bu  çox müsbət addımdır.  Heft gəlirlərinin azaldığı dövrdə belə layihələrinin işə düşməsi və Azərbaycanın  tranzit layihələrə üstünlük verməsi, bu prosesin sürətlənməsinə töhfə verməsi  çox yaxşıdır. Bu, yalnız Asiya ilə Avropa arasında iqtisadi əməkdaşlıq  deyil.  Yükdaşımaların həcminin artması  Azərbaycanın iqtisadi  imkanlarının genişlənməsidir,  neft qiymətlərinin aşağı düşməsi nəticəsində  itirilən böyük həcmdə itkilərin əvəzini ödəmək imkanı qazanır.

-Həmçinin 2015-ci il “Kənd təsərrüfatı” ili elan olunmuşdu. Ümumilikdə  aqrar sahədə aparılan işləri necə dəyərləndirirsiniz?

-Azərbaycan neftdən sonra ən geniş sahələrdən biri kənd təsərrüfatıdır. Təəssüf ki, bu sahədə problemlər hələ də qalmaqdadır. Kəndli əkib-becərib məhsulunu normal qaydada satmalıdır. Bu işlər tənzimlənməlidir ki, hər hansı müdaxilələr olmasın. Bir sözlə təhlil, marketinq, menecment işi təkmilləşməlidir. Bu sahədə mövcud olan problemlər aradan qalxmalıdır. Regionlarda  həm emal sahələrinin açılması prosesi sürətlənməlidir, həm də fermerlərin yetişdirdiyi məhsulun  daha geniş bazarlara çıxışına imkanlar yaradılmalıdır.

-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında fikirləriniz necədir?

-Şübhəsiz ki,  ATƏT-in Minsk qrupunun fəaliyyətini çox effektsiz, faydasız dəyərləndirirəm. Aparılan bu danışıqların heç bir nəticəsi olmayıb. İkili münasibətlər,  Ermənistana qarşı loyal münasibət, təcavüzkarın cəzalandırılmaması münaqişəninin uzanmasına təsir göstərir. Çox təəssüf ki,  2015-ci ildə də  ATƏT-in Minsk qrupu bu uğursuz siyasətini davam etdirdi. İşğal altında qalan Azərbaycan əraziləri  azad olunmadı. Ancaq Azərbaycan  Prezidentinin apardığı  siyasət, gerçəkləşən çox geniş miqyaslı tranzit layihələr və nəhayət hərbi sahədə, ordu quruculuğu  sahəsində atılan uğurlu addımlar torpaqlarımızın azad olunacağına inamımızı artırır

-Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  məsələsini, bu sahədə aparılan təbliğat işlərini yetərli hesab etmək olarmı?

-Təbii ki, əvvəl ki, illərlə müqayisədə təbliğat işində ciddi uğurlar var. Artq dünyada  Dağlıq Qarabağ münaqişəsi,  Ermənistanın təcavüzkar siyasəti haqqında doğru informasiyalar yayılır. Bu sahədə kitablar çap olunur. Bir sözlə həqiqəti çatdırmaq üçün addımlar atılır.  Ancaq  diaspora təşkilatlarının fəaliyyəti məni qane etmir.

-Təbliğat işi ilə bağlı təklifləriniz varmı?

 -Ümumiyyətlə, diaspor işi güclənməlidir. Bu işlər daha peşəkar səviyyədə koordinasiya edilməlidir. Biz vətəndaş olaraq, ziyalı olaraq bu işə hər zaman öz dəstəyimizi göstərməliyik.

Dövlət qurumları ilə diaspora təşkilatları arasında əlaqələr genişlənməlidir. Bu sahə də kitab çapından tutmuş digər  işlərə qədər daha peşəkar səviyyədə təbliğatımız güclənməlidir. Biz Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün bir an belə dayanmamalıyıq.

 

Fact-info.az 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1917

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...