2020-08-05 13:45:48 | QHT VƏ MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirildi

.

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen") məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu abidə 2007-ci ildə Holland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun maliyyə dəstəyi ilə ucaldılıb. Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşırlar. Onlar ermənilər tərəfindən soyqırıma məruz qalmış Xocalı qurbanlarının xatirəsini yad edir, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.

Abidənin ucaldılmasının təşəbbüskarı olan Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan Holland-Azərbaycan Türk Kültür Dərnəyi abidənin bu məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.

Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.

Baxış sayı : 1050
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16