2020-08-05 08:05:31 | AKTUAL
İtaliyalı tədqiqatçı: "Avropa İttifaqının dəyərləri separatizm formalarını dəstəkləmir"

.

İtaliyanın nüfuzlu Corriere della Sera qəzetinə bağlı məşhur EUROACTIVE portalının italyan versiyasında ermənipərəst italyan jurnalist, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfərinə görə adı arzuolunmaz şəxslərin siyahısında daxil edilmiş Simone Zoppellaronun “Ermənistan-Azərbaycan münaqişəsi və Aİ-nin məsuliyyəti” adlı qərəzli məqaləsinə cavab olaraq italiyalı tədqiqatçı, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier tərəfindən “Dağlıq Qarabağ: İttifaqın dəyərləri separatizm formalarını dəstəkləmir” məqaləsi dərc edilib.

D.Pommier öz məqaləsində S.Zoppellaronun məqaləsinin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş hərbi əməliyyatların şübhəsiz ki, yalnız erməni tərəfinin mövqeyini əks etdirdiyini, Azərbaycanın atdığı hər bir addıma mənfi “don geyindirməyə” cəhd göstərdiyini, obyektiv reallığı əks etdirmədiyini və elmi araşdırmalara cavab vermədiyini bildirib.

D.Pommier S.Zoppellaronun Azərbaycana qarşı irəli sürdüyü iddiaları bir-bir təhlil edərək onların tam əsassız olduğunu konkret arqumentlərlə sübut edib. D.Pommier Ümumdünya Səhiyyə Təşkilatına istinadən COVİD-19 ilə bağlı Ermənistanın qonşu dövlətlərlə müqayisədə ən ağır vəziyyətdə olduğunu, kiçik olmasına baxmayaraq, Ermənistanda həm ölənlərin sayı, həm də yoluxanların sayının Azərbaycandan daha çox olduğunu, 9 iyul tarixindən Azərbaycan yox, məhz Ermənistan vətəndaşlarının İtaliyaya girişinə qadağan qoyulduğu, məhz bu səbəblərdən də Ermənistandankı ağır daxili vəziyyətin hökm sürməsinin bu ölkənin rəhbərliyinin ictimaiyyətin diqqətini kənara yönəltmək ehtiyacında olduğunu bildirib.

D.Pommier Azərbaycanda iki ildən artıq davam edən köklü islahatların ölkə iqtisadiyyatının təməllərindən başlayaraq dövlət idarəçiliyində yeni nəsil şəxslərin təyinatına qədər bütün sahələri əhatə etdiyini vurğulayıb və S.Zoppellaronun öz məqaləsində Azərbaycanda daxili proseslərdəki müsbət dinamikanı görməzdən gəlməsi və Ermənistanı islahatçı kimi təqdim etməsi kimi fikirləri ilə razılaşmır. D.Pommier qeyd edir ki, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda yeni hakimiyyətin Qarabağdan gəlmiş aqressiv millətçi mövqedən çıxış edən keçmiş hakimiyyət nümayəndələrindən fərqli düşüncə tərzinə malik olacağı barədə gözləntilər səbəbindən Azərbaycanda maraqla qarşılansa da, lakin Ermənistanda köhnə millətçi ritorikanın qayıdışı ilə bu ümidlər puç oldu.

Münaqişə mövzusunda S.Zoppellaronun beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa İttifaqının Kosovo məsələsində olduğu kimi “demokratik keçidi həyata keçirən və vətəndaş cəmiyyətini inkişaf etdirən” Dağlıq Qarabağın müstəqilliyinin tanınması kimi qərəzli və qəribə təklifinə münasibətdə D.Pommer bildirir ki, Qondarma “dağlıq qarabağ respublikası” heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən belə tanınmayıb. Eurasianet saytında dərc olunmuş məqaləyə (https://eurasianet.org/karabakhs-elections-end-in-a-whimper) istinadən D.Pommier qeyd edir ki, Ermənistanın özündə belə bu bölgədə “demokratik proses” və “vətəndaş cəmiyyəti”nin mövqeyinin güclü olmasına dair çox ciddi şübhələr mövcuddur.

D.Pommeri vurğulayır ki, S.Zoppellaro məqaləsində iki əsas məqama yer ayırmamışdır: 1992-1994-cü illərdə baş vermiş müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələr tərəfindən işğal olunmuş və təqribən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və bu vəziyyət indi də davam edir. D.Pommier S.Zoppellaronun qaçqınların geri dönməsi məsələsinə toxunmamasını təəccüblə qarşılayaraq ona: “Dünyada misilsiz amansızlıqla etnik təmizləmə siyasətini həyata keçirən tamamilə monoetnik cəmiyyətin məskunlaşdığı ərazilərdə hansı vətəndaş cəmiyyəti mövcud ola bilər, hansı insan haqları qoruna bilər?” və “Qaçqınların geri qayıtmasının müstəqillik əldə edildikdən sonra mümkün ola biləcəyini necə söyləyə bilərsiniz?” kimi sualları ünvanlayır.

İkinci məqam kimi Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq hüquq nöqteyi-nəzərdən tamamilə əsassız olması ilə bağlı olduğunu qeyd edən D.Pommier S.Zoppellaroya italiyalı professor Natalino Ronzittinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabla tanış olmağı tövsiyə edir, bunun səbəblərini məhz həmin kitabda tapacağını bildirir. “Dağlıq Qarabağın erməni azlığı özünüidarəetmə orqanları formasında öz mədəniyyəti, dili və sosial hüquqlarının qorunması üçün muxtariyyət hüququna malikdir və buna ölkələrin ərazi bütövlüyü çərçivəsində daxili özmüqəddəratını təyinetmə prinsipi deyilir; həmin prinsip Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsində də əks olunmuşdur”, deyə D.Pommier vurğulayır və İtaliyanın “separatizm balıqlarının üzdüyü suyu qurutduğu” Cənubi Tirola (Alto-Adice) verdiyi statusu nümunə kimi götürmək lazım olduğunu qeyd edir.

Yazısının sonunda D.Pommier Avropa İttifaqının dəyərlərinə söykənən EUROACTIVE kimi bir mətbuat orqanının səhifələrində 2020-ci ilin ortalarında hələ də separatizm formalarını dəstəkləyənlərin olmasından təəccübləndiyini bildirir. Separatizmin yalnız qarşıdurma, xaos və vətəndaş cəmiyyətlərinin dağıdılması anlamına gəldiyini deyən müəllif sonda fikirlərini “İspaniyada yaxın keçmişdə baş vermiş risklər oxşar ritorikanın işlədilməsinə münasibətdə ehtiyatlı davranmağı tələb etmirmi?” sualı ilə bitirir. Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://euractiv.it/section/societa/opinion/nagorno-karabakh-che-i-valori-comunitari-non-sostengano-forme-di-separatismo/

Baxış sayı : 904
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16