MƏDƏNİ
A- A A+

Səmərqənd Dövlət Universitetində "Azərbaycan gecəsi"

2015-12-10 11:30:08

Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan mədəniyyəti, musiqiləri və rəqslərinə həsr olunan "Azərbaycan gecəsi" keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə Səmərqənd Vilayəti hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdəki Azərbaycan diaspora təşkilatının üzvləri iştirak ediblər.

Səmərqənd Dövlət Universitetinin prorektoru Alişer Eştaev tədbirdə giriş sözü ilə çıxış edərək, özbək və Azərbaycan xalqları arasında dostluqdan danışaraq, bu əlaqələrin böyük tarixi olduğunu vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın tarixi, mədəni bağlılığı, eyni soy-kökə, dil və adət-ənənələrə malik bu xalqların yaratdığı mədəniyyət nümunələrindən danışıb.

Özbəkistanda Azərbaycan musiqisinə böyük maraq olduğunu qeyd edən S.Abbasov Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və başqa sənətçilərin yaradıcılığının, ifalarının qardaş ölkədə çox sevildiyini vurğulayıb.

Səmərqənd vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Ədilağa Mirzəyev Özbəkistanda azərbaycanlılar üçün bütün şəraitin yaradıldığını, azərbaycanlıların həmişə Özbəkistanın ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edib.

Tədbirdə Azərbaycanın təbiəti, zəngin mədəniyyəti, turizm potensialı, kulinariyasına dair videoçarx nümayiş etdirilib.

Daha sonra təşkil olunan bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri Abdumalik Tatlı, İsroil Saidumarov, Kökəb Əliyeva Azərbaycan musiqilərini səsləndiriblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Köçəri", "Uzundərə", "Tello" və digər milli rəqsləri ifa ediblər.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1142

QHT və MEDİA

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...