2020-08-01 05:20:48 | QHT VƏ MEDİA
“Arabnews” qəzetində ABŞ-ın tanınmış politoloqunun Ermənistanın hərbi təxribatı barədə məqaləsi dərc olunub

.

Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetinin “Associated Press” informasiya agentliyinə istinadən dərc etdiyi ABŞ-ın “Heritage” Fondunun sədri Lyuk Koffinin “Ermənistan-Azərbaycan toqquşmaları Gəncə dəhlizi ətrafında vəziyyəti gərginləşdirdi” sərlövhəli məqaləsi böyük rezonans doğurub.

Tanınmış politoloqun Ermənistanın hərbi təxribatı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv mülahizələri ermənipərəst qüvvələrin narahatlığına səbəb olub. Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlıların, səfirliyimizin əməkdaşlarının səyləri ilə onların qarşısı alınıb, məqalənin “şərh” bölməsində müəllifə olan hücumlara və təzyiqlərə son qoyulub.

Məqalədə iyulun 12-də Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin erməni ordusu tərəfindən atəşə tutulmasının səbəbləri araşdırlılır. Müəllif qeyd edir ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürüb. Həmin vaxtdan hər iki tərəf münaqişə vəziyyətindir və ermənilər Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycanın təxminən 20 faiz ərazisini işğal ediblər. Milyonlarla etnik azərbaycanlı evlərindən didərgin düşüb və indi məcburi köçkün kimi yaşayır. 1994-cü ildə atəşkəs sazişi imzalanıb. 2016-cı ilin aprelində dörd gün davam edən gərgin döyüşlər münaqişəni yenidən alovlandırıb, 2018-ci ilin əvvəlində Azərbaycanın Silahlı Qüvvələri ölkənin Naxçıvan Muxtar Respublikasının dağlıq bölgəsində strateji nöqtədə yerləşən kiçik Günnüt kəndinin ətrafındakı ərazini geri almaq üçün əməliyyatı uğurla həyata keçirib. Bu iki hadisə 1994-cü ildən bəri sözügedən ərazidə dəyişiklik sayıla bilər.

Məqalədə Ermənistanın son təxribatının səsəblərindən bəhs olunur. Son döyüşlərin baş verdiyi ərazinin strateji baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilir. Vurğulanıb ki, Tovuzun Ağdam kəndi Avrasiya qitəsinin mərkəzində yerləşən Xəzər bölgəsini Avropa və beynəlxalq enerji bazarları ilə birləşdirən əsas neft və qaz kəmərlərindən bir neçə kilometr aralı məsafədə yerləşir. “Xəritəyə nəzər saldıqda, Avropa ilə Asiya arasında enerji axınının və quru ticarətinin yalnız İran, Rusiya və ya Azərbaycan vasitəsilə mümkün olduğunu görə bilərsiniz. Qərb Moskva və Tehran arasında münasibətləridə baş verən problemlərə görə yüz milyard ABŞ dolları dəyərində ölçülən ticarətin Azərbaycan vasitəsilə həyata keçirilməsinə üstünlük verir”, - deyə müəllif yazıb. Amerikalı politoloq əlavə edib ki, son döyüşlərin əksəriyyətinin baş verdiyi rayon Gəncə ətrafı ərazinin ortasında yerləşir, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Supsa boru kəməri və Cənub Qaz Dəhlizi, Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən fiber-optik kabellər, mühüm avtomobil və dəmir yolları sözügedən ərazidən keçir. Aydındır ki, toqquşmalar Gəncə ətrafı ərazilərin təhlükəsizliyini təhdid edə bilər.

Yazıda bildirilir ki, erməni qüvvələri tamamilə geri çəkilməyincə və Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa etməyincə, bu münaqişə dünyanın ən vacib neft və qaz boru kəmərlərinin üzərində asılan “Damokl” qılıncı kimi qalacaqdır. Siyasətçilər münaqişəni yerli problem hesab edərək, toqquşmaların yaranmasına imkan verməməlidirlər. Əksinə, beynəlxalq birlik 32 illik münaqişənin dayanıqlı həllinə nail olmaq üçün birlikdə çalışmalıdır.

Baxış sayı : 1117
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58