SOSİAL
A- A A+

Nyu-York səmasında “Qarabağ Azərbaycandır!” şüarı

2020-07-31 06:25:19

.

ABŞ-ın Nyu-York şəhərində “Ermənistanın işğalçılıq siyasətini dayandır!” (“Stop Armenian Occupation”), “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan!) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhattan adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York üzərində dövrə vuran təyyarə Manhattan adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” kimi məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli dövlət bayrağını tutan həmvətənlərimiz bu xoş hadisəni şüarlar səsləndirməklə və alqışlarla izləyiblər.

Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 710

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...