QHT və MEDİA
A- A A+

İcma bəyanat yaydı: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır

2020-07-30 06:30:20

.

Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Dağlıq bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb:

"Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub. Bir daha bəyan edirik ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır. Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi, onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir.

O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə edib. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını almış, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olub, o cümlədən qanunsuz məskunlaşdırma aparıb.

Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin, cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib. 12 iyul 2020-ci il tarixində biz bunun bir daha şahidi olduq.

Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin, Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 382

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...