SİYASƏT
A- A A+

Bolqarıstan ictimaiyyəti Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı barədə məlumatlandırılıb

2020-07-29 10:40:19

.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “BGNES” xəbər agentliyinə və “Fakti.bg” portalına Ermənistan-Azərbaycan dövlət sərhədində son vəziyyət, işğalçı Ermənistanın təxribatlarının təfərrüatları barədə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb. Bildirib ki, münaqişə 1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əsasında baş verib. Diplomat mülki azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına toxunaraq 250 min soydaşımızın əsrlərboyu yaşadıqları öz doğma yurdlarından qovularaq Azərbaycana köçmək məcburiyyətində qaldığını deyib. Növbəti mərhələdə Ermənistan tərəfindən genişmiqyaslı hərbi əməliyyatların başladığını vurğulayan N.Qurbanova Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bununla belə, Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilər üzərində öz suverenliyini saxlayır. O, xüsusilə ölkəmizin 1992-ci ildə BMT-yə üzv qəbul olunarkən həmin ərazilərin bu təşkilat və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əraziləri kimi tanındığına xüsusi diqqət çəkib.

Səfir Ermənistanın son təxribatının qoşunların təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədildiyini deyib. Bildirib ki, Azərbaycan tərəfdən sərhədlərin əksər hissəsi hərbi qüvvələr tərəfindən deyil, sərhədçilər tərəfindən qorunur. Bunun əksinə olaraq isə Ermənistan tərəfdən iki ölkənin dövlət sərhədi hərbiləşdirilib. Ermənistanın son təxribatı nəticəsində Azərbaycan ordusunun 11 hərbi qulluqçusunun, o cümlədən bir generalın şəhid olub, mülki əhaliyə və infrastruktura ciddi ziyan dəyib. Diplomat Ermənistanın son təxribatının COVID-19 pandemiyası ilə əlaqədar çətin vəziyyətdə olan ölkə ictimaiyyətinin diqqətini yayındırmaq və Azərbaycanın simasında düşmən obrazı yaratmaqla Paşinyan hakimiyyətinin qorunmasına xidmət etdiyini bildirib.

N.Qurbanova deyib ki, əlləri azərbaycanlıların qanına bulaşmış Köçəryan və Sarkisyandan fərqli olaraq, Paşinyanın hakimiyyətə gəlməsi münaqişənin həlli ilə bağlı Azərbaycanda ümid yaradıb. Lakin Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda hərbi xidmətə başlaması onun siyasətinin sələflərininkindən heç də fərqlənmədiyini göstərib.

Səfir Azərbaycanın münaqişə ilə bağlı aydın mövqe nümayiş etdirərək, problemin mərhələli həllinə tərəfdar olduğunu hər zaman bəyan etdiyini vurğulayıb. Belə ki, BMT-nin məlum 4 qətnaməsində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalı, azərbaycanlı əhali Dağlıq Qarabağ bölgəsinə və işğal altında olan ətraf 7 rayona qayıtmalıdır. O, Azərbaycanın ərazi bütövlüyünün heç zaman danışıqlar mövzusu olmadığını və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib.

Diplomat, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərə toxunub. Qeyd edib ki, iqtisadi əməkdaşlığımızın əsasında enerji sektoru dayanır və Azərbaycanın ilk qazı Bolqarıstana 2021-ci ildə çatdırılacaq. Diqqətə çatdırılıb ki, COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan qazının nəqlini həyata keçirəcək TAP kəmərinin inşası plan üzrə davam edir. İki ölkə arasında ticarət dövriyyəsinə toxunan səfir son 4 ildə bu göstəricinin beş dəfə artaraq təqribən 93 milyon ABŞ dolları təşkil etdiyini qeyd edib.

N.Qurbanova, həmçinin təhsil və mədəniyyət sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan bəhs edib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə restavrasiya olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 720

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...