QHT və MEDİA
A- A A+

Avropa xəbər platforması “Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” adlı məqalə dərc edib

2020-07-27 08:10:41

.

İyulun 25-də Brüsseldə yerləşən “EU Reporter” Avropa multimedia xəbər platformasında “#Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” / “Unprecedented attack on a diplomatic mission of #Azerbaijan in Europe” adlı məqalə dərc olunub. (https://www.eureporter.co/politics/2020/07/25/unprecedented-attack-on-a-diplomatic-mission-of-azerbaijan-in-europe/)

İyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu (Comité des Arméniens de Belgique - https://www.armencom.be) tərəfindən törədilmiş qanunsuzluqların professional və obyektiv şəkildə təsvir edildiyi məqalədə bildirilir ki, “iyulun 22-də Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu tərəfindən vandalizm aktları ilə müşayiət olunan zorakı nümayiş keçirilib.” Bu hadisə səfirliyin ərazisinə iyulun 19-da edilən hücumun davamı kimi göstərilir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 190/20 saylı, 23 iyul tarixli bəyanatından məlumatlanaraq, radikal ermənilərin Paris, Los Anceles, Haaqa və Varşava şəhərləri də daxil olmaqla, dünyanın bir çox şəhərlərində Azərbaycanın diplomatik missiyalarına və dinc azərbaycanlı nümayişçilərə qarşı hücumları ifşa edilir.

Bəyan olunur ki, “Bu mitinqin nəticələri açıq şəkildə beynəlxalq hüququn, xüsusilə də diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin pozulmasıdır”.

“Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır və bütün MEP-lər (Avropa Parlamenti deputatları) Belçika Hökumətinə müraciət edərək ev sahibi olaraq, onun Avropanın mərkəzində bu cür zorakılığa cəlb edilənlərin hamısını cəzalandırmaq üçün Belçika qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun qətiyyət göstərməli və hərəkət etməli olduğunu bildirirlər”, - deyə məqalədə qeyd edilir.

Təqdirəlayiqdir ki, elə Avropadakı erməni diasporunun öz Instagram səhifəsində paylaşdığı və sözügedən vəhşiliklərini açıq şəkildə sübut edən video kadr da məqalədə yer alıb. Bu sübut terroru dövlət siyasətinə çevirmiş Ermənistanın təcavüzdən zövq alan insanlarının simasını açıq-aydın ortaya qoyur.

Qeyd edək ki, “EU Reporter” Avropa Parlamenti deputatları da daxil olmaqla bütün Avropa İttifaqı rəsmiləri və institutları, eləcə də Brüsseldəki siyasi qərarverici və rəy formalaşdırıcı ali dairələr arasında ən operativ və etibarlı online xəbər portalı kimi, izlənilmə statistikasına görə, dünyaca məşhur “New York Times” və “Wall Street Journal” ilə 8 faiz eynilik təşkil edir, “the Guardian Online”-dan isə 6 faiz irəlidədir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 469

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...