SİYASƏT
A- A A+

Fransalı deputatlar ermənilərin təxribatı ilə bağlı Makrona müraciət etdilər

2020-07-26 13:00:16

.

Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.

Bildirilib ki, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Ermənilərin törətdiyi təxribat nəticəsində 12 hərbiçi və 1 nəfər mülki şəxs həlak olub.

Eyni zamanda, Fransanın Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi qeyd edilib. BMT TŞ və Baş Assambleyası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş qətnamələrə məhəl qoyulmadığı açıqlanıb.

Müraciətçilər Fransa daxil olmaqla beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsinə çağırıb. Fransa prezidentindən Minsk qrupunun həmsədri və BMT TŞ-in daimi üzvü kimi təxirəsalınmaz addımlar atılması xahiş olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 491

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...