TƏDQİQATLAR
A- A A+

Qubada soyqırım konfransı

2015-04-06 18:10:33

On iki ölkədən 58 alim ermənilərin yalanını üzə çıxaracaq

Quba şəhərindəki Heydər Əliyev mərkəzində aprelin 9-11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cumhuriyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı II Beynəlxalq elmi konfrans keçiriləcək.

Ümumilikdə 100-dən çox tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak edəcəyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 alim maraqlı məruzələrlə çıxış edəcək.

Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə açacaq. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Türkiyə Cumhuriyyəti Atatürk Araştırma Mərkəzinin Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA HİEB-nin akademik katibi, akademik Teymur Kərimli, AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və digər görkəmli alimlər çıxış edəcək.

1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın bir çox əraziləri – Səlmas, Xoy, Qaradağ, Təbriz, ən əsası Urmiya bölgəsi, bundan əlavə, Şərqi Anadolu və indiki Ermənistanın yerləşdiyi bütün şimal-qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar, o cümlədən bütün türk-müsəlman əhali ermənilərin dünyada analoqu olmayan soyqırımına məruz qaldı.

Konfrans iki bölmədə: “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas, və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” fəaliyyət göstərəcəkdir. Konfransa təqdim olunmuş məruzələrdə bütün yuxarıda adları qeyd olunan bölgələrdə yaşayan türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımların tarixi əksini tapıb.

1918-ci ilin aprel-may aylarında erməni-daşnak dəstələri Quba şəhərində və Quba qəzasının kəndlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirmişlər. 2007-ci ildə Quba şəhərində Qudyalçayın sağ sahilində aşkara çıxarılan kütləvi məzarlıq da bu soyqırımın bariz nümunəsidir.

Konfransın açılışından öncə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı II Beynəlxalq Elmi Konfrans iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü ilə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

Konfransa təqdim olunmuş məqalələr “AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı” şəklində çap olunmuş və konfrans iştirakçılarına təqdim olunacaq.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1575

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...