CƏMİYYƏT
A- A A+

Vikipediyada İrəvan xanlığı haqqında əcnəbi dillərdə bölmə yaradılıb

2020-07-22 09:55:04

.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qədim Azərbaycan dövləti - İrəvan xanlığı haqqında Vikipediya Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Məlumatda Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəd bəylərbəyliyinin əsasında yaranan, mərkəzi Azərbaycanın qədim tarixi şəhəri İrəvan olan Azərbaycan dövlətinin tarixinə geniş nəzər salınır. Qeyd edilir ki, Azərbaycan xanlıqlarından biri və 1747–1828-ci illərdə tarixi feodal dövlət olan İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub.

Məqalədə Azərbaycan dövləti olan İrəvan xanlığının 1827-ci il oktyabrın 6-da ruslar tərəfindən işğal edildiyi, 1828-ci il fevralın 10-da isə Türkmənçay sülh müqaviləsi ilə bu istilanın möhkəmləndiyi və bundan sonra Yaxın və Orta Şərqdə yaşayan erməni əhalisinin Cənubi Qafqaza, xanlığın ərazisinə köçürüldüyü qeyd olunur.

Xanlığın qədim tarixi, habelə ona rəhbərlik edən xanların dövrünün əks olunduğu bölmədə İrəvan xanlığının dövlət quruluşu, inzibati ərazi bölgüsü, ordusu, mədəniyyəti, memarlığı, abidələri, elm, təhsil, mədəniyyət, iqtisadiyyatı öz əksini tapıb.

Bölmədə xanlıq əhalisinin 1828-1832-ci illərə qədər etnik tərkibinə nəzər salınır, qeyd olunur ki, 134.646 nəfərlik İrəvan xanlığı əhalisinin mütləq çoxluğunu - 99.609 nəfərini Azərbaycan türkləri təşkil edir, lakin sonradan süni yolla bu ərazilərə ermənilərin köçürülməsi nəticəsində regionun etnik tərkibinin dəyişdirildiyi tarixi faktlarla öz əksini tapır.

Yaradılan “Iravan xonligi” bölməsində zəngin ədəbiyyat siyahısı verilib ki, burada Azərbaycan, rus və ingilis dillərində nəşrlər var.

Özbək dilində yaradılan İrəvan xanlığı haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Iravan_xonligi linkində tanış olmaq mümkündür.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 406

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...