MƏDƏNİ
A- A A+

Məşhur dastanın boyu 25 dildə

2015-12-09 09:25:24

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, kitabların çapı prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncama əsasən gerçəkləşib.

Sərəncama əsasən, qəbul edilmiş tədbirlər planında BBMM tərəfindən Henrix Fridrix fon Ditsin dünya elmi, filologiya və mədəniyyətşünaslığı üçün son dərəcə önəmli olan bu kitabının iyirmi beş dilə tərcümə edilərək nəşr olunması bir layihə kimi həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Nəzərinizə çatdıraq ki, 1815-ci ildə görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin Azərbaycanın epik dastanı “Kitabi-Dədə Qorqud”un bir hekayətini alman dilinə tərcümə edərək yazdığı ön sözlə birlikdə Berlində kitab kimi çap etdirib.

Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, macar, italian, ukrayna, həm də Azərbaycanda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udi, ləzgi, gürcü, erməni dillərində nəşr edilən bu kitablar Azərbaycanın mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının bariz göstəricisidir.

Qeyd edək ki, layihənin ilk mərhələsində kitabın 25 dildə nəşri nəzərdə tutulur.

Kitaba Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” daxil edilib. Layihənin növbəti mərhələlərində bu kitabın ispan, portuqal, indoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi nəzərdə tutulur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1283

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...