CƏMİYYƏT
A- A A+

Moldovanın tanınmış siyasi analitiki Ermənistanın Tovuz istiqamətindəki təxribatını pisləyib

2020-07-19 10:15:18

.

Moldovanın tanınmış siyasi analitiki Ruslan Şevçenko Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribatı pisləyib.

Moldovanın ipn.md saytında dərc edilən məqaləsində R.Şevçenko erməni silahlı qüvvələrinin Tovuz istiqamətində Azərbaycan Milli Ordusunun mövqelərini artilleriya atəşinə tutmasını Ermənistanın növbəti təxribatı adlandırıb.

“Azərbaycan guya UAZ avtomobili ilə Ermənistan sərhədini pozmaq cəhdinə dair səsləndirilən iddia inandırıcı deyil. Əgər Azərbaycan Milli Ordusu doğurdan da Ermənistana hücuma keçmək istəsəydi, bunu UAZ-la etməzdi”, - deyə müəllif vurğulayıb.

R.Şevçenko qeyd edib ki, Ermənistan Tovuz istiqamətində gedən döyüşlər zamanı verdikləri itkini gizlədir. Azərbaycan Ordusu Ermənistanın təxribatına tutarlı cavab verdi. Bir çox ölkələr, o cümlədən Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.

Siyasi analitik məqaləsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun ermənilərin son təxribatları ilə bağlı səsləndirdikləri bəyanatlarına da geniş yer verib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 105

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...