QHT və MEDİA
A- A A+

Azay Quliyev QHT-lərə müraciət etdi

2020-07-14 17:25:04

.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məlsizin deputatı Azay Quliyev müraciət yayıb.

Müraciətdə deyilir:

- Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri,

Əziz həmkarlar,

Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatı nəticəsində iyulun 12-dən etibarən Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Düşmən ciddi itgilər verərərək geri otuzdurulsa da döyüşlər ara vermir. Düşmən hücumunun qarşısının alınmasında qəhrəmancasına döyüşərək şəhid olanlarımız var. Bu gün isə Azərbaycan Ordusunun generalı Polad Həşimov şəhid olub. Generalı şəhid olan Ordu döyüşən Ordudur və o, qalib gəlməklə qisasını alacaq. Mən, rütbəsindən, vəzifəsində asılı olmayaraq, bu amansız və güzəştsiz müharibədə şəhid olmuş bütün zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm!

Əziz həmkarlar,\

Mənfur düşmən, torpaqlarımıza hücum edən işğalçı erməni ordusu qat-qat və daha çox itki verib. Hazırda düşmən ölkənin hərbi analitikləri məlumatları gizlətmək, yalnış məlumat yaymaq, məğlubiyyətlərini ört-basdır etməklə məşğuldular. Bu məqsədlə düşmən təhrif edilmiş məlumatların, dezinformasiya xarakterli xəbərlərin bizim mediada və sosial şəbəkələrdə yayımlanmasına ciddi-cəhdlə çalışır. Belə bir məqamda ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər birimizin vəzifəsi ordumuza, qəhrəman əsgər və zabitlərimizə mənəvi dəstək vermək, sosial mediada paylaşılan qeyri-rəsmi, yoxlanılmamış və təxribat xarakterli xəbərləri yaymaqdan çəkinməkdir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri informasiya müharibəsində virtual əsgərə çevrilməli, düşmənin dezinformasiyasının qarşısının alınması üçün sinəmizi irəli verməli, haqq səsimizin dünyaya çatdırılması üçün bütün güclərimizi səfərbər etməliyik.

Bunları əsas götürərək, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə müraciət edib aşağıda qeyd olunan məsələləri nəzərə almalarını xahiş edirəm:

1) Ordumuza mənəvi dəstək vermək, milli vətənpərvərlik ruhunu daha da gücləndirmək üçün sosial şəbəkə hesablarınızdan hər biriniz xüsusi paylaşımlar edin və bunu #orduyadəstək həştaqı ilə paylaşın;

2) Sosial şəbəkələrdə hərbi əməliyatlarla bağlı yalnız Müdafiə nazirliyinin və rəsmi qurumların məlumatlarına istinad edin və onları paylaşın;

3) Düşmən tərəfindən informsiya məkanımıza ötürülən və onların daxili və xarici uzantıları tərəfindən tirajlanan bütün məlumatlara (şərhlərə) dərhal reaksiya verin və belə təxribatların vaxtında qarşısının alınmasına köməklik edin;

4) Ermənistanın hərbi mövqelərimizə, kəndlərimizə və mülki əhalimizə qarşı etdiyi hərbi təcavüz haqqında müxtəlif xarici dillərdə məlumat hazırlayıb əməkdaşıq etdiyiniz və tanıdığınız bütün təşkilatlara, beynəlxalq qurumlara və xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə təqdim edin;

5) Belə çətin və həssas məqamda dövlət-xalq birliyinin, ümumilli həmrəyliyin və ictimai-siyasi sabitliyin daha da güclənməsinə və qorunmasına dəstək olun və bu birliyi və sabitliyi pozmağa çalışanlara qarşı prinsipial mövqeyinzi ifadə edin.

Əziz həmkarlar,

Əminəm ki, Siz vətənpərvər və məsuliyyətli vətəndaş kimi qeyd etdiyim məsələlərin indiki zamanda nə qədər vacib və əhəmiyyətli olduğunu yaxşı bildiyinizdən bu istiqamətdə bütün potesnialınızı səfərbər edəcək və xalqımızın haqq işinə öz dəyərli töhfənizi verəcəksiniz.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 282

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...