QHT və MEDİA
A- A A+

Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olundu

2020-07-13 17:20:39

.

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Qarabağ həqiqətlərinin dünyada təbliği və Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməsi ilə bağlı birgə videokonfrans təşkil edib. Videokonfransda Komitə rəhbərliyi və əməkdaşları, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təmsilçiləri, müharibə veteranları və bir sıra başqa şəxslər iştirak ediblər.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayıb, işğalçı dövlət olan Ermənistanın silahlı qüvvələrinin ötən gün Tovuz istiqamətində törətdiyi hərbi təxribat və onun qarşısının alınmasını, Ermənistanın bütün cəhdlərinin iflasa uğramasını bir daha nəzərə çatdırıb.

O, bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları və nümayəndələri bu təxribat əməlinə qarşı etiraz bəyanatları yayır, beynəlxalq təşkilatları təcavüzkara qarşı addımlar atmağa çağırırlar.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, millət vəkili Tural Gəncəliyev dünya azərbaycanlılarının bu istiqamətdə daha müfəssəl məlumatlandırılması üçün Komitə ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxış edənlər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun böyük rola malik olması barədə danışıb, xaricdə yaşayan azərbaycanlıların davamlı şəkildə məlumatlandırılmasının vacibliyini qeyd ediblər.

Videokonfransda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və formaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 305

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...