MƏDƏNİ
A- A A+

Almaniyanın xəbər portalı Azərbaycanın tarixi abidələrindən yazıb

2020-07-13 07:30:45

.

İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı alman jurnalist Urs Unkaufun müəllifliyi ilə “Ostexperte” xəbər portalında “Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmasının 20 illiyi” sərlövhəli geniş məqalə dərc edilib.

Məqalədə 20 il bundan öncə Bakının İçərişəhəri Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bildirilir və bu il həmin tarixin 20 illiyi qeyd olunur. Qala Divarları, Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Məhəmməd Məscidi, eləcə də İçərişəhərdəki abidələr, onların tarixçəsi, təfərrüatları və mədəni əhəmiyyəti barədə məlumat verilir.

Məqalədə vurğulanır ki, İçərişəhər, Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq qorunur. Məqalədə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti barədə məlumat diqqətə çatdırılır. Əlavə edilir ki, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə təsis edilib. Qeyd olunur ki, İçərişəhərin Vahid İdarəolunması Planı və Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan hazırlanıb. Bu müstəvidə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər sadalanır.

Məqalədə, həmçinin tarixi binaların (Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd Məscidi, Bəylər Məscidi, Bakı Xan Sarayı) bərpası və onların beynəlxalq mədəniyyət mərkəzlərinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 392

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...