TƏDQİQATLAR
A- A A+

Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə...

2015-04-06 17:15:19

Keçən yazılarımızda qeyd etdiyimiz kimi

Keçən yazılarımızda qeyd etdiyimiz kimi, elə bir bölgə yoxdur ki, orada daşnak vəhşiliyinin izləri olmasın. Erməni vandalizmindən əziyyət çəkən bölgələrimizdən biri Qubadır ki, burada ermənilər dinc əhaliyə zülm edib, divan tutub. Bu acı hadisə Quba soyqırımı kimi tarixə düşüb və qanlı bir olay kimi xatırlanır. 2007-ci ilə qədər çoxlarımız ermənilərin törətdiyi bu qətliamdan xəbərsiz olmuşuq.

Quba əhalisinin soyqırıma məruz qalması ilə bağlı faktları bir neçə il əvvəl öyrənə bilmişik. Məlum olduğu kimi, 2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olunub. Qazma işləri nəticəsində ortaya dəhşətli mənzərə çıxıb və Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənib.

Ərazidə işləyən ekspedisiya ortaya çox ağrılı faktlar çıxarıb. Onu da qeyd edək ki, o vaxt orada işləyən ekspedisiya rəhbəri, tanınmış arxeoloq Qəhrəman Ağayev mətbuata bununla bağlı açıqlama da verib: "Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq".

Qubada aşkarlanan məzarlıq erməni vandalizminin bariz nümunəsi kimi təsdiqlənib. Onu da bildirək ki, tədqiqat aparan ekspedisiyanın yekun arayışında qeyd edilib ki, sümüklərin antropoloji tədqiqatı nəticəsində onların müsəlmanlara aid olduğunu isbatlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın da bu barədə açıqlamsı olub. M.Rəhimova bildirirdi ki, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.

"Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir". Bu fikirlər isə o vaxt Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyevə aiddir. Ə.Əliyev qeyd edirdi ki, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut-saç, geyim, əşya tapılmayıb: "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb".

Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: "Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər".

Azərbaycan Milli Kitabxanasının saytında yerləşdirlən və tarixin qanlı səhifələrini əks etdirən faktlar da erməni vandalizminin, onların Azərbaycanda törətdikləri vəhşiliklərin izlərini yaşadır. Saytda verilən məlumata görə, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində ermənilər yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər: "Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişlər".

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılıb. Komissiya işə başlasa da, 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti süqut edəndən sonra bu komissiya, təbii ki, öz işini dayandırıb və onun fəaliyyəti natamam olub. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi.

Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı haqqında Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə komissiya yaradılıb və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırıma hüquqi və siyasi qiymət verilib. Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıb. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalıb. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirib.

Sənəddə o da qeyd olunur ki, 31 mart faciəsi tarixdə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya çıxdığı gündə baş verib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 792

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...