SİYASƏT
A- A A+

Türkiyə XİN: Ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındayıq

2020-07-13 06:00:57

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə şəhidlərə görə başsağlığı verir, yaralılara şəfa diləyirik

Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi ilə bağlı yaydığı açıqlamada bildirib. Qeyd edilir ki, Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.

Vurğulanır ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları illərdən bəri əsasız olaraq işğalda saxlaması faktından yayındırmaq üçün münaqişəyə yeni bir don geyindirməsi, problemin siyasi həllinin qarşısını kəsmək üçün göstərdiyi təcavüz cəhdi nəticəsiz qalmağa məhkumdur.

Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistanın öz təcavüzkarlığını ört-basır etmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 395

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...