QHT və MEDİA
A- A A+

Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir

2020-07-12 11:30:25

Yerevanda keçirilən təhlükəsizlik şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edildi

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır.

Azərbaycanın ərazilərini işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu “milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsinin təsbit olunduğunu xatırladırıq.

Ermənistan rəhbərliyinin hərbi işğal altında saxladığı Azərbaycan ərazilərində “suverenlik” iddiası, işğalçı siyasətin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strategiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyildir.

Beynəlxalq səviyyədə tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 388

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...