QHT və MEDİA
A- A A+

Azay Quliyev seçicilərlə videogörüş keçirib

2020-07-11 08:05:36

.

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüş keçirib.

Videogörüşdə iştirak edən seçicilər bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti qurumların yerli idarələrinin rəhbərləri qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan bütün məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Sonda Azay Quliyev seçicilərinə müraciət edərək bildirib ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə coxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq Binəqədi rayonunda bu xəstəliyə yoluxma sayının artması narahatçılıq yaradır: “Əziz seçicilərdən, hörmətli Binqədəi sakinlərindən xahiş edirəm ki, əhalinin, o cümlədən həssas qruplardan olan yaşlıların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə qeyd-şərtsiz əməl etsinlər. Yeni növ koronavirus infeksiyası üçün xarakterik simptomları hiss etdikdə özünüzun və yaxınlarınızın həyatını xilas etmək məqsədi ilə dərhal aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) müraciət edin. İnanıram ki, hazırkı vəziyyətdən maksimum məsuliyyətli olmaqla və dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşların hərtərəfli dəstək göstərməsi nəticəsində uğurla çıxacağıq”.

Qeyd edək ki, görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov da iştirak edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 431

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...