MƏDƏNİ
A- A A+

Azərbaycan zəngin tarixi abidələri ilə Şərq sivilizasiyasının mərkəzlərindən biridir

2020-07-09 09:35:37

.

Ölkəmizin ərazisində yerləşən qədim yaşayış məskənləri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edir. Bu gün cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın milli dəyərlərimizə xüsusi qayğısı sayəsində tarixi abidələrimizin bərpası, qorunması və təbliği dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli dəyərlərimizə, mədəni irsimizə olan həssaslığı, tarixi dəyərlərimizə xüsusi diqqəti hər birimiz üçün bariz nümunədir. Onun böyük diqqət və qayğısı sayəsində Azərbaycanın tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür, irimiqyaslı layihələr həyata keçirilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilməsi məhz ölkə rəhbərliyinin çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mehriban xanım Əliyevanın UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də məhz milli irsimizə, tariximizə, dünya mədəniyyətinə verdiyi töhfələrin və çoxşaxəli fəaliyyətin nəticəsidir. Bu yaxınlarda Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına salınması da onun mədəniyyət diplomatiyasının uğurudur. Azərbaycanın bu uğurları bir daha ölkəmizin qədim tarixi abidələr və sivilizasiyalar mərkəzi olmasını tarixi faktlarla dünyaya nümayiş etdirir.

Azərbaycan memarlığının şah əsərlərindən biri olan İçərişəhərə dövlətimizin qayğısı isə daha mühüm əhəmiyyət daşımaqdadır. Vaxtilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışdığım dövrdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu məkana xüsusi diqqət və qayğısının şahidi olmuşam. Heydər Əliyev Fondunun dəstəyi ilə burada sürətlə həyata keçirilən bərpa-konservasiya işləri İçərişəhərin tarixi əzəmətini dünyaya göstərməyə xidmət edir.

İyunun 29-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olması bir daha bu zəngin tarixi sərvətimizə olan həssas qayğıdan xəbər verir. Eyni zamanda, bir neçə gün əvvəl Gəncə şəhərində cənab Prezidentin və Mehriban xanımın “Şah Abbas” və “Uğurlu Xan” karvansaray kompleksinin bərpadan sonra açılışı mərasimində iştirak etməsi regionlarımızda da memarlıq abidələrinə olan xüsusi ehtiramın göstəricisidir.

Millət vəkili olduğum Bərdə şəhəri də Azərbaycanın zəngin tarix və mədəniyyət mərkəzlərindən biridir. Bu rayon qədim abidələri, memarlıq və sənət əsərləri ilə özünəməxsus yeri ilə seçilir. Qafqaz Albaniyasının paytaxtı olmuş Bərdə Yaxın və Orta Şərqin möhtəşəm sivilizasiya mərkəzi kimi tarixə həkk olunub. "Qarabağın qapısı" hesab olunan Bərdəmiz ən qədim yaşayış məntəqələrindən biri kimi tanınır. Rayon ərazisindəki zəngin memarlıq nümunələri - Nüşabə qalası, İbrahim məscidi, Tərtər çayı üzərində qədim körpü, Axsadan baba türbəsi, Şirvanlı hamamı və digər abidələr milli-mənəvi irsimizin yadigarlarıdır. Bu tarixi məkanlar Bərdənin qədim şəhər kimi əzəmətini göstərir.

2018-ci ildə cənab prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa işləri tamamlanmış Nüşabə qalasının açılışı zamanı qeyd etdiyi kimi "Tarixi mədəniyyət abidələrini hər kəs sevməlidir və biz onları qayğı ilə qoruyub mühafizə etməli, gələcək nəsillərə çatdırmalıyıq".

Mən də Bərdə rayonunun millət vəkili olaraq səlahiyyətlərim çərçivəsində milli irsimiz bərpası və qorunması, muzey işinin daha da yaxşılaşdırılması yönündə əlimdən gələni əsirgəməyəcəyimi bildirmək istəyirəm. Bu, mənim deputat fəaliyyətimin əsas prioritetlərindən biridir. Bildiyiniz kimi, son illər dünya ictimaiyyəti Azərbaycana xüsusi maraq göstərir və ölkəmiz yeni turizm mərkəzlərindən birinə çevrilməkdədir. Bu istiqamətdə tarixi abidələrimizin təbliği və bilavasitə muzey işinin inkişafı mühüm əhəmiyyət kəsb edir. İnsanlar yeni tarixi yerləri kəşf etmək istəyirlər və biz bu baxımdan Bərdənin qədim sərvətlərindən istifadə edə bilərik.

Ümid edirəm ki, yaxın gələcəkdə Heydər Əliyev Fondu və digər aidiyyəti qurumların dəstəyi ilə Bərdə rayonunda ölkəmiz üçün əhəmiyyət kəsb edən digər abidələrimizin bərpası və dünyaya təbliği həyata keçiriləcəkdir. Beləliklə də biz, bir daha işğalçı Ermənistanın əsassız iddialarını ifşa edərək dünyaya Qarabağın qədim Azərbaycan torpağı olduğunu göstərəcəyik.

Milli Məclisin deputatı Fatma Yıldırım


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 680

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...