QHT və MEDİA
A- A A+

Ramin Məmmədov: Azərbaycan artıq dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur

2020-07-09 09:25:58

..

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreş arasıda telefon danışığı zaman bu təşəbbüsün bir daha dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Dünya dövlətlərinin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsində iki mühüm amil həlledici rola malikdir. Birincisi, bu təşəbbüs dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə həddən çox ehtiyacı olduğu bir zamanda irəli sürülüb.

Koronavirus pandemiyası indi bəşəri problemə çevrilib və onun qarşısını almaq üçün ciddi toplantılara, görüşlərə ehtiyac var. Yəni, Azərbaycan Prezidenti bütün dünyanı narahat edən qlobal bir problemin birgə müzakirəsini təklif edib. Bu isə bütün ölkələrin marağındadır”.

Millət vəkilinin sözlərinə görə, təşəbbüsə müsbət reaksiya verilməsini şərtləndirən ikinci mühüm amil Azərbaycan Prezidentinin şəxsi nüfuzudur. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb:

“Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir”.

Deputat vurğulayıb ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Xüsusi sessiyanın keçirilməsi təklifi artıq əksər dövlətlər tərəfindən qəbul edildiyi üçün BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavab verən qlobal əhəmiyyətli təşəbbüs kimi qəbul olunur”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 686

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...