QHT və MEDİA
A- A A+

Azərbaycan pandemiya ilə qlobal mübarizədə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir

2020-07-08 12:50:49

.

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə atdığı mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2000 çarpayılıq 10 modul tipli xəstəxana kompleksindən artıq bir neçəsi istifadəyə verilib. Belə modul tipli xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və əlaqələndirmənin təmin edilməsində önəmli rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda 800 çarpayılıq 10 korpusdan ibarət modul tipli hospitalın açılışında iştirak etməsi dövlətimizin vətəndaşların sağlamlıq və təhlükəsizliyinin qorunmasına olan qayğısının daha bir nümunəsidir.

Açılış mərasimindən sonra dövlət başçısı 3 yerli telekanala verdiyi əhatəli və məzmunlu müsahibədə nəinki ölkə daxilində, eləcə də müasir dünyamızda baş verən prosesləri geniş təhlil etdi.

A.Vəliyev diqqətə çatdırıb ki, son illərdə respublikamızda səhiyyə sahəsində xeyli iş görülüb, infrastruktur yenidən qurulub. Belə ki, ölkədə 36 müasir xəstəxana inşa edilib. Qısa müddət ərzində 5000-dən çox xəstəni yerləşdirməyə imkan verəcək modul tipli xəstəxanaların sayı 15-ə, laboratoriyaların sayı isə 44-ə çatdırılacaq. Bu günədək ölkəmizdə 500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təxminən 40- cı yerdə qərarlaşıb.

Deputat deyib: “COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması istiqamətlərində zəruri preventiv tədbirlərin görülməsi bütövlükdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Azərbaycan nəinki milli səviyyədə pandemiya ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir”.

Milli Məclisin deputatı xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Hazırda bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünütəcridin və təcavüzkar mahiyyətinin nümunəsidir. Təbiidir ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən, xalqımıza və ölkəmizə nifrətin təzahürü olan ksenofobiya və Azərbaycanafobiyadır.

Ağalar Vəliyev bildirib ki, hər zaman çıxışlarında tarixi faktlara əsaslanan dövlət başçısı bir daha Ermənistanın və erməni lobbisinin iç üzünü, işğalçı dövlətin antidemokratik və irticaçı mahiyyətini tutarlı arqumentlərlə ifşa etdi. Dünya birliyinə və beynəlxalq qurumlara səslənən Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın antiinsani və antibəşəri addımlarına layiqli cavab verilməsinin zəruriliyini bəyan edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 670

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...