SOSİAL
A- A A+

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

2020-07-07 11:40:02

.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bu proqramlar daha da genişlənir.

Nazir qeyd edib ki, bu ilin may və iyun aylarında artıq 300 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Bu günlərdə də nazirlik tərəfindən daha 200 mənzil alınıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1500 olacaq.

S. Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6850 minik avtomobili verilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 417

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...