CƏMİYYƏT
A- A A+

Ellər unutmayıb o sənətkarı...

2020-07-06 08:45:47

Azərbaycan musiqi sənətini inkişaf etdirən tanınmış simalar arasında mahir zurna-balaban ifaçısı mərhum Həsrət Muxtar oğlu Hüseynov da özünəməxsus yer tutur.

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Orta təhsilini Muradxan kəndində və Kürdəmir şəhər dəmiryol orta məkəbində almış, əmək fəaliyyətinə 1942-ci ildə dəmiryol stansiyasında fəhlə kimi başlamışdı. Bir neçə ildən sonra, çox gənc olmasına baxmayaraq, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdu.

Vicdanla işləsə də, peşəsi ürəyincə olmadığından Həsrət dəmiryolundan uzaqlaşır və xalq sənətinə üz tutur. Peşəkar zurna-balaban ifaçısı kimi hələ 1947-ci ildən tanınmağa başlayır və bu sahədə onun ustadları həmyerlimiz Mansur Rüstəmov və Ağsulu Əli Kərimov olur.

Daim öz üzərində ilhamla, həvəslə çalışan Həsrət Hüseynov getdikcə püxtələşir və onun adı tanınmış sənətkarlarla bir sırada çəkilməyə başlayır. 1950-ci ildə Kürdəmir rayon mədəniyyət evində işə başlayaraq zurnaçılar ansamblı yaradır və uzun müddət bu ansambla rəhbərlik edir. Artıq onun şöhrəti rayonun hüdudlarını aşaraq respublikaya və o vaxtkı İttifaqa yayılır.

1957-ci il Həsrət Hüseynovun sənət aləmində ilk uğurlu ilİ olub və bir sənətkar kimi təsdiqi, gələcək inkişafına geniş yol açılması məhz o ilə təsadüf edir. Həmin il H.Hüseynov Azərbaycan gənclərinin ikinci və IV Ümumittifaq gənclər festivallarında çıxış edərək, öz məharətini, xalq musiqisinin mahir ifaçısı olduğunu nümayiş etdirərək festivalların laureatı adını qazanır. Sənət yolu ilə uğurla irəliləyən, sənət zirvəsinə inamla addımlayan Həsrət sözügedən ildə daha böyük bir mərasimdə - Gənclərin və tələbələrin VI Ümumdünya festivalında uğurla çıxış edərək laureat olur, "Qızıl medal"a layiq görülür. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti özünün 25 oktyabr 1957-ci il tarixli qərarı ilə festivallar laureatı Həsrət Hüseynovu "Fəxri Fərman"la təltif edir.

Uğur ardınca uğur qazanan Həsrət Hüseynovun 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyündə çıxışı böyük rəğbətlə qarşılanır. Müvəffəqiyyətli çıxışlarına görə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və SSRİ Mədəniyyət Nazirliyinin I dərəcəli Diplom və Fəxri fərmanlarına layiq görülür.

1962-ci ildə Moskvada, M.İ.Qlinka adına Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində H.Hüseynovun həyat və yaradıcılığına aid sərgi təşkil edilməsi, hətta o vaxtkı Xalq artistlərinin çoxlarına müyəssər olmayan nailiyyət idi.

O, 1967-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyinə həsr edilmiş Ümumittifaq özfəaliyyət incəsənəti festivalının respublika və ittifaq baxışlarında qazandığı yaradıcılıq müvəffəqiyyətlərinə görə I dərəcəli Diplom və Fəxri fərmanlara layiq görülür.

1969-cu ilin may ayında Tatarıstanda keçirilən Azərbaycan Mədəniyyəti Həftəsində iştirakına və məharətli çıxışlarına görə Tatarıstan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur.

1972-ci ildə Almaniya Demokratik Respublikasındakı Beynəlxalq sərgidə İttifaqın məşhur sənətçisi kimi iştirak edir, Berlin, Leypsiq şəhərlərində və Polşa Xalq Respublikasının bir çox yerlərində maraqlı konsertlər verir, çıxışları hər dəfə alqışlarla qarşılanır. Elə həmin il SSRİ-nin 50 illiyi şərəfinə paytaxtdakı böyük bayram konsertindən də I dərəcəli Diplomla qayıdır. Şöhrət quşu çiyinlərindən düşməyən, səsi dünyanın müxtəlif ölkələrindən gələn sənətkar sadəlik və təvazökarlığını əsla itirmir. Yenə də hamının tanıdığı, mehriban, olduqca sadə Həsrət kimi qalır...

Həsrət Hüseynov yaradıcılığını həmişə böyük maraqla izləyən, onun çalğılarını rəğbətlə dinləyən və musiqimizin tədqiqində əvəzsiz xidməti olan yazıçı-publisist, akademik Rafael Hüseynov hələ o vaxtlar onun uğurlarına biganə qalmır. 1975-ci ildə o, Kürdəmirdə çıxan "İrəli" qəzetində özünün yaratdığı "Qorqud sorağı" adlı səhifədə yazır: "...Moskvadaydım ötən qış. Yolum M.İ.Qlinka adına Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinə düşmüşdü. Bir neçə saatdan sonra Bakıya uçacaqdım. Lap burnumun ucu göynəyirdi Azərbaycandan ötrü...

... Birdən muzeyin görümlü yerlərindən birində Həsrətin uca dağlar fonundakı şəkli dəydi gözümə. Yazısını oxudum: "Zəmanəmizin ən əvəzsiz sənətkarlarından Həsrət Hüseynov". Ürəyim oldu dağ boyda. Sanki neçə-neçə zirvə aşıb düşdüm doğma el-obaya. Üz çevirdim yurdumuzun vüqar timsalı uca dağlarına. Ağsaqqallarımızın, ağbirçəklərimizin alxışını çağırdım Həsrət adına: Ulu dağlar, sizlər vüqarlı, sizlər ömürlü olsun Həsrəti!..

Həsrətin çalğısı neçə-neçə şəhərlərdən, xaricdən - Almaniyadan, Leypsiqdən, Polşadan, Varşavadan gəlib..."

Elə bir el şənliyi, mərasim olmazdı ki, orda Həsrət Hüseynov iştirak etməsin, öz çalğısı ilə adamları sevindirməsin. Onu həmişə zəhmətkeşlər önündə, el-oba qarşısında, son illərində isə cəbhə bölgələrində görmək olardı.

Dəyərli sənətkar bu ulu el sənətinin həmişəyaşar olmasının da qayğısına qalırdı. O, öz peşəsini 20-dən çox gəncə öyrətmiş, uzun müddət zurnaçalanlar ansamblına rəhbərlik etmişdi.

H.Hüseynov Azərbaycan muğamlarını, 100-ə qədər xalq mahnısını zurnada və balabanda böyük məharətlə çalırdı. Onun özünün xalq musiqisi, xalq havaları əsasında bəstələdiyi 25-ə yaxın mahnı və rəqsləri vardır. "Kürdəmir rəqsi", "Sülh", "Mirvari", "Mahiri", "Nübarı" və digərləri səslənəndə insanın qəlbi riqqətə gəlir.

Həsrət Hüseynov 1989-cu ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.

Unudulmaz sənətkar 1995-ci il dekabrın 18-də vəfat edib və Kürdəmir şəhər qəbiristanlığındakı Xiyabanda dəfn olunub

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 918

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...