İQTİSADİ
A- A A+

"Həyatını itirən neftçilərin ailələrinə və xəsarət alanlara sığorta ödəniləcək”

2015-12-06 21:15:32

"Baş verən hadisə təbii fəlakətdir. Bununla bağlı Əmək Müfəttişliyinin Təhqiqat Komissiyası yaradılacaq

Biz hazırda orda SOCAR-ın  hansı idarələrin işçilərinin çalışmasını dəqiqləşdiririk. Komissiya bütün məlumatları dəqiqləşdirəndən sonra müvafiq qərarlar qəbul olunacaq”.

Bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.  

Nazir bildirib ki, platformada olan bütün işçilərin xilasedici jiletləri əyinlərində olub, işçilərin təxliyəsində qayıqlardan istifadə olunub: “ Proses əməyin təhlükəsizliyinə uyğun qaydada həyata keçirilib. Lakin orda güclü külək olub, yanğın olub və güclü dalğa nəticəsində qayıqlardan birinin qarmağı açılıb. Təhqiqatdan sonra bunun başvermə səbəbi dəqiq məlum olacaq və əməyin təhlükəsizliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.

S. Müslümov bildirib ki, hadisədə zərər çəkənlərlə bağlı aparılan ilkin yoxlama nəticəsində məlum olub ki, çalışanların hamısı sığorta şirkətində sığortalanıblar: “Onların əmək müqavilələri var. Bu o deməkdir ki, əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək. Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək”.

Mövcud qanunvericiliyə görə bütün müalicə xərclərini də sığorta şirkəti ödəməlidir. Cənab prezidentin də sərəncamında bu barədə məsələ var və hər hansı problem olmayacaq".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 890

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...