QHT və MEDİA
A- A A+

Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var

2020-07-02 07:00:01

.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycan və Ermənsitan xarici işlər nazirlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə onlayn görüşünü şərh edib.

Trend-in məlumatına görə, Tural Gəncəliyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində cari vəziyyət müzakirə edilib. Görüş zamanı Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan münaqişəni təhrif etməyə yönəlik cəhd göstərərək, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni icmasını “xalq” kimi qələmə verməyə çalışıb.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq, bəyan edirəm ki, “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var ki, bu da bölgənin erməni və azərbaycanlı icmalarını əhatə edir. Xatırladım ki, Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Bakıya son səfərlərinin birində “Dağlıq Qarabağ əhalisi” sözlərini işlətmişdir ki, bu da erməni tərəfinə tutarlı bir cavabdır.

1992-ci ilin mart ayında keçirilmiş ATƏM-in (indiki ATƏT) Helsinki sammitinin yekun sənədində də qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan Xarici İşlər Nazirinin münaqişənin formatını təhrif etməyə çalışması Ermənistanın qeyri-konstruktiv mövqeyinin daha bir göstəricisidir və yekun sülhün əldə olunmasını gecikdirməyə hesablanıb. Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, birgə sülh şəraitində yaşaya bilərlər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 767

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...