2020-07-01 08:55:58 | SİYASƏT
Prezident İlham Əliyevin qlobal təşəbbüsləri dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir

.

Dünyamız böyük təlatüm içərisindədir. Dünya liderləri, ictimai və siyasi xadimlər böhrandan çıxış yolu axtarır, COVID-19 xəstəliyindən xilas olmaq üçün ciddi səylər göstərirlər. Onlar həm də post-pandemiya dövründə dövlətlərin, xalqların necə hərəkət etməsi barədə düşünürlər. Etiraf etməliyik ki, dünya indiyədək belə çətin vəziyyətə düşməmişdi. Koronavirus qlobal iqtisadiyyatı iflic vəziyyətə salıb. Çünki yoluxmanın qarşısını almaq üçün sərhədlərin bağlanması, əlaqələrin kəsilməsi qaçılmaz oldu. Bu da təbii olaraq iqtisadiyyatın yavaşımasına, eləcə də dezinteqrasiyanın yaranmasına gətirib çıxardı. Amma yaşamaq, davam etmək üçün iqtisadiyyatın inkişafı çox vacibdir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi təqdirəlayiq hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Politoloq diqqətə çatdırıb ki, bu, dövlətimizin başçısının COVID-19-la mübarizə məqsədilə irəli sürdüyü ilk təşəbbüsü deyil. Bundan əvvəl - aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdi. Mayın 4-də yenə də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə 120 üzvü olan Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşü reallaşdı. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, ÜST-ün Baş direktoru, Avropa və Afrika ittifaqları kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Zirvə görüşlərində xüsusi əhəmiyyət daşıyan çağırışlar etdi, mesajlar verdi. Qeyd etdi ki, belə çətin gündə özünə qapanmaq lazım deyil, cəsarət toplayaraq irəli baxmaq, vəziyyətdən çıxış yolları axtarmaq lazımdır və bunu birlikdə düşünürək etməliyik. Prezident İlham Əliyev qorxmadan, çəkinmədən şəxsi nümunə göstərərək, səyləri birləşdirməyə çağırdı. Bildirdi ki, ağır durumda olan ölkələrə humanitar yardım göstərilməlidir və həmin humanitar yardım göstərildi. Respublikamız pandemiya ilə mübarizədə qlobal həmrəylik nümayiş etdirərək, ÜST-ə 10 milyon dollar həcmində könüllü ianə ayırıb və üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərib.

T.Abbasov xatırladıb ki, Azərbaycan Prezidenti məhz Qoşulmama Hərəkatının Zirvə görüşündə bu barədə məsələ qaldırmışdı. Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Politoloq Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin dünya dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq deyib: “BMT-nin üzvü olan 130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi gələcəyə istiqamətlənib. Bu tədbirin təşkilinə, həqiqətən, böyük ehtiyac var. Dünya liderlərinin, Dünya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropanın Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə təsisatlarının qlobal iqtisadi böhrandan çıxmaq üçün böyük imkanları var. Bu təşəbbüsün dəstəklənməsi onu deməyə imkan verir ki, nə qədər dərin böhran olsa belə, vəziyyətdən xilas yolu tapılacaq”.

“BMT-yə üzv olan 130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi əyani şəkildə göstərir ki, Azərbaycan dünya miqyasında bir nümunədir. Bu, təqdirəlayiq, insanların ürəyindəki ümidi yaşadan bir yanaşmadır. Bu, həm də Ermənistan kimi qəsbkar, istilaçı ölkənin siyasi hakim dairələri üçün də bir çağırışdır ki, onlar öz çirkin məqsədlərindən əl çəksinlər, başqa ölkələr üçün problem yaratmasınlar. BMT-nin Baş Assambleyası çox böyük nüfuza malikdir və ümid edirik ki, xüsusi sessiyada qaldırılacaq məsələlər bəşəriyyətə töhfə verəcək”, - deyə T.Abbasov fikirlərini yekunlaşdırıb.

Baxış sayı : 1055
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31