SOSİAL
A- A A+

QHT sədri: Əhalinin sağlamlığı dövlət üçün mühüm və prioritet vəzifədir

2020-07-01 08:10:49

.

Bəzi ölkələrdə sərt karantin rejimin yumuşaldırlması istiqamətində addımlar atılır. Çünki, məhdudiyyətlər iqtisadi fəallığı azaldır və demək olar ki, dayandırır. Fact-info.az xəbər verir ki, bu fikirləri “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

İctimai birlik rəhbərinin sözlərinə görə, nəticədə ölkələrin iqtisadiyyatına milyardlarla ziyan dəyir: “Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu ziyan çox böyükdür. Bu baxımdan bəzi ölkələr əhalinin tələbatını ödəmək baxımdan məcburən pandemiya ilə bağlı yumşalma təbirləri həyata keçirir. Ölkələr seçim qarışındadır: iqtisadi dayanıqlıq və yaxud əhalinin sağlamlığının qorunması. Dövlət başçımız dəfələrlə qeyd edib ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir.”

BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələyə diqqət çəkərək bildirib ki, “Biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük”. C. Hüseynzadə qeyd edib ki, ölkə başçısının mövqeyi məhz ondan ibarədir ki, Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsi müşahidə edildiyin bildirən QHT sədri vurğulayıb: “Xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı dövlət qurumları qarşısında qoyduğu yeni tələblər və vətəndaşları ictimai qınağa çağırması nəticəsində tibbi maskadan istifadə ilə bağlı müəyyən irəliləyişlər baş verib.”

İyun ayında ölkəmizdə yoluxma sayında artım müşahidə oldu. Hazırda xüsusi karantin rejiminin tətbiqi nəticəsində yoluxma sayında eniş olmasa da, stabilləşmə var. Covid 19 virusunun həndəsi sislisə ilə artdığını nəzərə alsaq, stabilləşməni karantin rejiminin müsbət nəticəsi kimi qeyd etmək olar – deyə bildirən C. Hüseynzadə qeyd edib ki, ümid edirəm növbəti 15 gündə yoluxma saylarında da ciddi eniş müşahidə olunacaq.

Əlbəttə vəziyyətin stabilləşməsi üçün tətbiq olunan xüsusi karantin rejimi üsullardan biridir. Əsas təsiredici məqam isə hər birimizin məsuliyyətli olması, fiziki məsafəni gözləməsi, qapalı məkanlarda tibbi maskadan düzgün istifadə olunması, dezinfeksiya prosesin həyata keçirmək və gigiyenik qaydalara riayət olunmasıdır. Təşkilat rəhbərinin fikrincə, hazırda virusa qalib gəlməyin yeganə yolu var: “Məsuliyyətli davranmalı, karantin qaydalarına riayət etməliyik.” Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq – deyə C. Hüseynzadə bildirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 584

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...