2020-06-30 07:20:35 | AKTUAL
Yeni layihəyə start verildi - “Koronavirus pandemiyasına birlikdə qalib gələk!”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyi yeni layihəyə start verib.

“Koronavirus pandemiyasına birlikdə qalib gələk!” adlı layihə 3 ay (22.06.2020-22.09.2020) müddətində keçiriləcəkdir.

Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları günbəgün artmaqdadır. Hər gün dünya ölkələrində minlərlə insan xəstəlikdən həyatını itirir. Dünyanın hətta ən böyük dövlətləri belə çox böyük çətinliklərlə üz-üzə dayandıqlarının fərqindədirlər. Hər bir dövlət öz gücü , potensialı müqabilində müqavimət göstərir, addımlar atır. Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə qabaqcıl mövqedə dayanan və nümunəvi dövlətlərdən olsa da, ölkəmizdə hələ də bu yoluxma halı hər gün artmaqdadır. Təəssüf ki, hazırda ölkə daxilində insanların bir-birini yoluxdurması halları hər gün qeydə alınır. Tibb də bu pandemiyanın qarşısını almaqda gücsüz qalıb.

İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, bu çətin vəziyyətdə bir-birimizə və dövlətimizə dəstək göstərməkdir. Bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamırlar, məsuliyyətsizlik edirlər, küçələrə çıxaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradırlar. Layihəmizin məqsədi Gəncə şəhərində koronavirus dövründə işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, ailə başçını itirmiş aztəminatlı ailələrə ərzaq yardımı göstərmək, eyni zamanda vətəndaşlarımızı bu pandemiyanın ciddiyyəti haqqında ətraflı maarifləndirməkdir.

Layihənin icrası başladıqdan sonra vətəndaşlar arasında pandemiyanın qorxunc fəsadları haqqında geniş müzakirələr olunacaq, insanlar bu virusun həqiqətən var olduğunun, ciddiyyətinin fərqində olacaqlar. İnsanlar daha məsuliyyətli davranmağa çalışacaqlar ki, bu da koronavirusun ölkəmizdə günbəgün azalması ilə nəticələnəcəkdir. Digər tərəfdən isə aztəminatlı ailələrə göstərilən ərzaq yardımları nəticəsində həmin ailələr bir daha şahidi olacaqlar ki, dövlət və vətəndaş cəmiyyəti hər zaman öz xalqını düşünür və hər zaman xalqın rifah halıının yaxşılaşdırılması üçün çalışırlar. Ölkəmizin koronavirus pandemiyalı ağır, çətin günləri geridə qalacaq, unudulacaqdır, lakin bu günlərdə vətəndaşlara edilən yardımlar könüllərdə davamlı olaraq qalacaqdır.

Lamiyə İsazadə

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi Birliyinin sədri

Baxış sayı : 485
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58 Regionda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır 2021-01-12 11:15:29 ICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb 2021-01-12 11:00:00