2020-06-29 19:35:52 | SİYASƏT
Azərbaycan ortaq düşmənə qarşı mübarizədə birlik formulu təklif edir

.

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək olmazdı.

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərinə və Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin dəstəyinə güvənərək yeni təşəbbüslə çıxış edib: BMT Baş Məclisin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Artıq təşəbbüsə dünyanın 130-dan çox dövlətindən dəstək gəlib.

Belə bir sessiyanın keçirilməsi realdırdmı və əsas təkliflər nədən ibarət olmalıdır?

Birincisi, tək elə Qoşulmayan Hərəkatının, eyni zamanda BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu BMT Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmayanlar Hərəkatı ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-nin təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı isə 97-ni xeyli aşır. Deməli, onlyan sessiyanın baş tutacağını vurğulamaq olar.

İkincisi, bundan sonra reallaşacaq onlayn sessiyanın gündəliyini tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn müxtəlif ölkələrin laboratoriyalarında peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərması icad etsə və onun effektivliyi sübut olunsa icadı ilə başqa dövlətlərlə paylaşmalı olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq. Həmin peyvəndin və dərmanın hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcminin böyütmək və milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidin müzakirələrə, koordinasiyaya və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin və dərmanın gərəkli bütün ölkələrə çatdırılması təmin edilsin. Bəşəriyyət vahid düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT prosesdən kənarda qala bilməz

“Atlas” Araşdırmalar Mərkəzi

Baxış sayı : 874
Vətən müharibəsində şəhidlərimizin sayı açıqlandı 2020-12-03 15:00:46 Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır? 2020-12-03 10:20:40 “Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” 2020-12-03 09:50:31 Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi 2020-12-03 09:30:47 Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib 2020-12-03 09:10:46 Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi 2020-12-03 08:00:56 Uğur olsun, igid əsgər! 2020-12-03 07:30:41 Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir 2020-12-02 19:35:20 8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olundu 2020-12-02 19:25:06 Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək sessiyanın gündəliyi açıqlandı 2020-12-02 15:50:44 General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı 2020-12-02 08:50:59 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Mamayı məscidi 2020-12-02 07:40:43 Azərbaycan bütövdür! 2020-12-02 07:35:02 Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi 2020-12-02 06:45:22 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 2020-12-02 06:45:17 Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28