2020-06-27 07:00:11 | AKTUAL
Karantin rejiminin sərtləşdirilməsində məqsəd insanların sağlamlığının qorunmasıdır

.

XXI əsrin bəlasına çevrilən COVID-19 pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Dünya virusla mübarizədə yalnız bir döyüşdə qalib gəldi, ikinci döyüşdə fəsadlar özünü göstərir. Statistika da göstərir ki, dünyada xəstəliyə yoluxanların sayı kəskin artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə gün ərzində 183 min insan koronavirusa yoluxur. Xəstəlikdən vəfat edənlərin sayı isə artıq yarım milyona çatıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycanda sərt karantin rejimi yumşaldıldıqdan sonra xəstəliyə yoluxanların sayında artım baş verdi. Məhz bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən iyulun 5-ə kimi iki həftəlik sərt karantin rejimi tətbiq etməyə məcbur oldu. Karantin rejiminin sərtləşdirilməsində məqsəd insanlarımızın mümkün qədər sağlamlığının qorunmasıdır. Dövlətimiz yoluxmanın qarşısını almaq üçün qanunda da dəyişiklik etməyə məcbur oldu. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə, karantin rejimini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməlidirlər. Burada məqsəd insanları cərimə etmək deyil, onları məsuliyyətli olmağa vadar etmək və sağlamlıqlarını qorumaqdır.

Vəziyyətin kəskinləşməsində bəzi vətəndaşların məsuliyyətsizliyini əsas gətirən E.Nəsirov deyib: “Təhlillər göstərir ki, bəzi vətəndaşlar laqeydlik göstərir, mövcud vəziyyətin mahiyyətini anlamırlar. Hələ də insanlar arasında bu xəstəliyə barmaqarası baxanlar, istehza ilə yanaşanlar var. Virusa yoluxanların sayının kəskin artması bəzi vətəndaşların məsuliyyətsizliyinin nəticəsidir. Belə insanların ilkin arqumentləri ondan ibarət idi ki, ətraflarında, qohum-əqrabalarında koronavirusa yoluxan və bu xəstəlikdən həyatını dəyişən insan yoxdur. Belə insanlar yaxınının, qohumunun xəstəliyə yoluxmasından, əziyyət çəkməsindən sonra koronavirusa inanmağa başlayırlar. Sonra inanmaq da məhz fəsadlarla nəticələnir. Belə münasibət məsuliyyətsiz insanların yanaşmasıdır. Mövcud vəziyyət onu deməyə əsas verir ki, tətbiq olunan cərimələrin məbləği artırılmalıdır. Hətta karantin rejiminin sərtləşdirilməsinə əlavələr edilməsi zərurəti də meydana çıxır. Çünki başqa cür mümkün deyil”.

Müsahibimiz diqqətə çatdırıb ki, dövlət koronavirusla mübarizədə əlindən gələn hər şeyi edir. Prezident İlham Əliyev bu istiqamətdə ardıcıl, preventiv qərarlar qəbul edir, müvafiq tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin həyata keçirdiyi bu siyasət həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Birinci-vitse prezident Mehriban Əliyeva dəfələrlə xalqa müraciətində insanları ehtiyatlı olmağa, özlərini, ailələrini qorumağa səsləyib. Dövlətə dəstək göstərməli, qaydalara əməl etməliyik ki, daha ciddi fəsadlarla qarşılaşmayaq.

Baxış sayı : 1241
Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59 Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur 2020-11-22 08:55:51 Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə” 2020-11-22 08:35:01 Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı 2020-11-21 22:05:48 Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər 2020-11-21 09:35:44 “Xristian irsimizi tanıyaq”: Çotari Alban-Udi kilsəsi 2020-11-21 09:05:54 Azərbaycan Bayrağı Ağdamda dalğalanır 2020-11-21 08:40:33 Şoyqu Qarabağda yaradılacaq monitorinq mərkəzi haqqında danışdı 2020-11-21 08:40:18 Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-11-20 12:30:19 Aztəminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi göstərilib 2020-11-20 11:30:22