SOSİAL
A- A A+

Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir - Əhməd Davudoğlu

2015-12-04 10:15:43

“Hələ İstanbula və doğulduğum Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm

Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir”. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.

Ə.Davudoğlunun sözlərinə görə, heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil: “Bazar ertəsi gecə etimad səsverməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladıq. Mən həmişə buraya “Can Azərbaycan” deyirəm. Ona görə bu ənənəyə sadiq qalaraq heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm. Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə təmsil olunan nazirləri Sizə təqdim edəcəyik. Çünki birlikdə işləyəcəyik. Azərbaycanın, hamımızın böyük lideri atanız möhtərəm Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu mənada bizim nazirlərimizə Sizin nazirləriniz kimi, sizinkilərə də bizimkilər kimi hər zaman baxıldığını bilirik. Əlaqələrimiz genişmiqyaslıdır".

Baş nazir bildirib ki, dünyada heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil: "Energetika, ticarət, nəqliyyat, mədəniyyət sahələrində çox geniş əlaqələrimiz var. Həmişə olduğu kimi, bizi böyük qonaqpərvərliklə qarşıladınız".

Türkiyənin Baş naziri ortaq məsələlərin tam əməkdaşlıq şəraitində müzakirə olunduğunu bildirib: "Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir. Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır".


Kateqoriya : SOSİAL Baxış sayı : 913

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...