2020-06-25 09:40:57 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın xarici siyasət strategiyası: hücum diplomatiyasının uğurları

Son vaxtlar dünyada, xüsusilə pandemiya dövründə qlobal böhranın genişləndiyi bir zamanda Azərbaycanın xarici siyasət strategiyasında hücum diplomatiyasının yeni çalarlar qazanaraq uğurlara imza atması hücum diplomatiyasının nə qədər önəmli olduğunu bir daha göstərir

Məlum olduğu kimi, iyunun 19-da Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti/Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib. Qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Xüsusi qeyd edilməlidir ki, əvvəllər Azərbaycanın ən böyük tənqidçilərindən biri olan Avropa Parlamenti bu gün ədalətli və obyektiv, Azərbaycanın Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının uğurlu nəticələrindən biri olaraq, beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyən sənədlər qəbul edir. Litvadan olan deputat Petras Auştreviçyus, həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa, Macarıstandan olan Attila Ara-Kovaç və çexiyalı Marketa Qreqorovanın iştirakı ilə hazırlanmış bu qətnamə əlbəttə ki, Azərbaycanın yeni diplomatik qələbələr siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının son dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn normalarına hörmət istiqamətində göstərdiyi prinsipial mövqeni də sərgiləyir.

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə dövlət və hökumət başçılarının videokonfrans vasitəsilə Sammitində iştirak edib. Dövlətimizin başçısı növbəti dəfə Ermənistanın faşist və işğalçı siyasətini həyata keçirən hökumətini açıq şəkildə ifşa edəcək konkret faktlar ortaya qoydu. Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransında olduğu kimi, bir daha Azərbaycan Prezidenti tərəfindən konkret faktlarla diplomatik nokauta salındı. Ard-arda baş verən proseslər - Dünya Bankının nümayəndələri ilə görüşdən başlayaraq Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki Sammitdə Azərbaycan Prezidentinin konkret mövqeyi və Avropa İttifaqının Azərbaycana münasibəti, eyni zamanda, yuxarıda qeyd olunan və Avropa Parlamentinin prinsipial mövqeyini əks etdirən, Ermənistanı açıq şəkildə Azərbaycan torpaqlarını işğal etmiş bir dövlət kimi, Azərbaycanı və azərbaycanlıları işğala məruz qalmış tərəf kimi göstərən faktlardan ibarət olan belə bir qətnamə ölkəmizin beynəlxalq münasibətlər sistemində hücum diplomatiyasının nəticəsində əldə etdiyi çox ciddi növbəti uğurlardan biridir.

Avropa Parlamenti münaqişə ilə bağlı öz münasibətini bir daha bu proseslə bildirdi. Amma buna qədər də bununla bağlı bəzi proseslər baş verib. Martın 31-də Azərbaycanın tarixi torpaqlarında keçirilmiş qondarma “prezident seçkiləri” və Avropa İttifaqı tərəfindən onun tanınmaması, eyni zamanda, “andiçmə mərasimi” kimi təlxək şousunun hazırlanması və bütün bunlara Avropa İttifaqı tərəfindən konkret mövqenin nümayiş etdirilməsi, əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha göstərməkdədir. Burada çox önəmli bir faktı qeyd etmək lazımdır ki, Ermənistan açıq-aydın diplomatik fiaskoya məruz qalmışdır. Bu da onun işğalçı, şovinist, faşist və rasizm istiqamətində həyata keçirdiyi siyasətin bariz nümunəsi kimi ortaya çıxmaqdadır. Onu da qeyd etmək lazımdır ki, Avropa Parlamenti kimi dünyanın aparıcı beynəlxalq təşkilatının Azərbaycanın ərazi bütövlüyünün və ərazi münaqişələrinin həllində Helsinki Yekun Aktında göstərilmiş dövlətlərin sərhədlərinin toxunulmazlığı kimi prinsipə istinad etməsi və bunu qətnaməyə daxil etməsi dünya birliyinin və xüsusilə də Avropa İttifaqının bu prosesdə, Moldovada, Gürcüstanda baş verən proseslər kimi Dağlıq Qarabağ münaqişəsində də əvvəlki mövqedən fərqli olaraq daha obyektiv, daha doğru, daha düzgün mövqedə olmasını bir daha göstərməkdədir.

Ermənistan hər zaman Helsinki Yekun Aktının xalqların müqəddəratı hüququnu əsas tutaraq Azərbaycanı beynəlxalq arenada tənqid etməyə çalışırdı. Amma hazırda Ermənistanın heç bir konkret hüquqi faktı və əsası yoxdur və ola da bilməz. Çünki torpağı işğal olunan Azərbaycandır, işğala məruz qalan Azərbaycandır, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycandır. Beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində əgər biz dünyanın bir çox ölkələrində öncə dövlətlərin ərazi bütövlüyü və daha sonra xalqların müqəddəratını təyin etməsindən söhbət ediriksə, əlbəttə ki, bu, Azərbaycana tətbiq olunmalıdır ki, nəhayət, bu məsələdə Avropa İttifaqı ədalətli, düzgün, obyektiv və prinsipial mövqe nümayiş etdirmişdir.

Bir daha qeyd etmək istəyirəm ki, bu, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin xarici siyasət strategiyasında hücum diplomatiyasının bütün mümkün forma və üsullarından istifadə etməsinin ən uğurlu nəticəsi kimi ortaya çıxır ki, bu gün biz bunu bir daha gördük və şahidi olduq. Əminik ki, Avropa İttifaqının bu qətnaməsi bir presedent təşkil edəcək. Azərbaycanın xarici siyasəti üçün daha güclü və daha geniş imkan verəcək ki, biz bundan sonrakı proseslərdə də, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Şurası və onun Parlament Assambleyası, həm də bir neçə ikili standartdan yanaşan və qərəzli mövqelər nümayiş etdirən beynəlxalq təşkilatlar üçün bu presedentdən istifadə edərək onların qarşısında ciddi faktları qoyub BMT-nin qətnamələri kimi ön plana çəkək. Bununla da beynəlxalq hüququn normalarının pozulması ilə şovinist, faşist və rasist siyasətə bilavasitə alət olan Ermənistan hakimiyyətinin atdığı bu iyrənc əməllərin hamısını ifşa etməkdə davam edək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu fəaliyyətində iştirak edən bir deputat kimi qeyd edirəm ki, Avropa Parlamenti, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatların son dövrdə Azərbaycana göstərdiyi obyektiv mövqe ilə yanaşı, eyni zamanda, bir çox təşkilatlar da var ki, bunlar müxtəlif dairələrin maraqlarını ifadə edərək Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. İkili standartlar, Azərbaycana gəlincə kiçik bir məsələni böyüdüb, şişirdib qlobal bir problem şəklində təqdim edən və faşist idarəetmə üsuluna sahib olan Ermənistana gəlincə isə mövcud böyük bir məsələni ört-basdır edən bu qərəzli beynəlxalq təşkilatlar əlbəttə ki, erməni maraqlarını və Ermənistanın hakimiyyətinin maraqlarını müdafiə edən addımlar atırlar. Əlbəttə ki, bütün bunlar hamısı bir daha dünyada ikili standartların mövcud olduğunu göstərir və Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, güclü olmanın, hücum diplomatiyasından maksimal şəkildə istifadə etmənin vacibliyini ön plana qoyur.

Bu gün Azərbaycan parlamenti öz işini müasir standartlara uyğun, eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri islahatlar proseslərinə uyğun şəkildə qurub. Yeniləşən Azərbaycan parlamenti qanunvericilik sahəsində olduğu kimi, beynəlxalq münasibətlər sistemi və Azərbaycanın xarici siyasət strategiyasında da parlament diplomatiyası olaraq aktiv şəkildə öz sözünü ortaya qoyur. Başda Milli Məclisin Sədri Sahibə Qafarova olmaqla, deputatlar da bu işdə fəal rol oynayırlar. Dostluq qruplarımız, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda nümayəndə heyətləri vasitəsilə hücum diplomatiyasından maksimal dərəcədə istifadə edərək fikirlərimizi ortaya qoymalı, Azərbaycanın mövqeyini parlament diplomatiyası və xalq diplomatiyası istiqamətində öz həmkarlarımıza çatdıraraq xarici siyasət prosesində parlament diplomatiyasının bütün imkanlarından istifadə etməliyik ki, ölkəmizin xarici siyasətinə dəstək olaq, ikili siyasətin və qərəzli yanaşmanın zərərlərini minimuma endirək.

Bir sözlə, bu gün Azərbaycan Prezidentinin əsasını qoyduğu xarici siyasət strategiyasında hücum diplomatiyası öz sözünü deyir. Biz uğurlu nəticələri qısa müddət ərzində əldə edirik. Hər birimiz dövlətimizin başçısının ətrafında sıx birləşərək addım atacağımız və mübarizə aparacağımız müddətdə daim uğur qazanacağıq. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz birlikdə güclüyük!.

Milli Məclisin deputatı Ramil Həsənin

Baxış sayı : 1408
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq 2020-11-26 08:55:09 Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN 2020-11-26 08:50:53 “France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımladı 2020-11-26 08:25:11 “Ermənistanın vurduğu zərərin ödənilməsi istiqamətində işlər aparılır” 2020-11-26 08:10:26 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 2020-11-25 18:30:48 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib 2020-11-25 11:10:22 Tarix kitabları yenilənəcək 2020-11-25 09:50:20 Ordumuz Kəlbəcərə bir neçə istiqamətdə daxil oldu 2020-11-25 09:20:24 "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq" 2020-11-25 09:05:23 "Sizin rəhbərliyinizlə xalqımızın rifahı daha da artacaq" - Vətəndaş məktubları 2020-11-25 08:50:27 Azərbaycan Ordusu BMT TŞ-nin yerinə onun 822 saylı qətnaməsini icra etdi 2020-11-25 08:35:04 Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11